Xüms-zəkat · #17337 · · 1099 baxış
0 şərh

Zəkat

Sual
Orxan ·
Salam..zəkat nədi zəkatı kimlərə verə bilərik..

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
salam Aşağıda sayılan bu bir neçə şeyin zəkatı vacibdir: 1) Buğda 2) Arpa 3) Xurma 4) Kişmiş 5) Qızıl 6) Gümüş 7) Dəvə 8) İnək 9) Qoyun 10) Lazım ehtiyata əsasən ticarət malı (sərmayə) Bu on şeydən birinə sahib olan şəxs, zəkat həddinə yetişən qədər mala sahib olsa, gərək müəyyən bir miqdarını deyilən məsrəflərin birinə versin. Zəkat səkkiz yerdə xərclənir: 1. Fəqir; özünün və ailəsinin bir illik xərcinə sahib olmayan şəxsə deyilir. Sənəti, mülkü və ya sərmayəsi olub, onlarla bir illik xərcini ödəyə biləcək şəxs fəqir deyildir. 2. Miskin; fəqirdən daha çətin bir halda olana deyilir. 3. İmamın (ə), ya onun naibi tərəfindən zəkatları toplamaq, qorumaq, toplananların hesabını aparmaq və onları İmama (ə), naibinə və ya fəqirlərə yetişdirməy mə`mur edilmiş şəxs. 4. Zəkat verildiyi təqdirdə, İslama meyl edən və ya döyüşdə və digər işlərdə müsəlmanlara yardım edən kafirlər. Həmçinin, Rəsulullahın (s.ə.v.v) gətirdiyi şəriətin bə`zisinə imanları zəif olan müsəlmanlar, onlara zəkat vermək imanlarının güclənməsinə yol açarsa, vermək olar. Yaxud Həzrət Əmirəl-Mö`minin Əli (ə)-ın vilayətinə imanı olmayan müsəlmanlara zəkat vermək, onların vilayətə inanmağa rəğbətlərini artırıb inamlarına səbəb olarsa, zəkat vermək olar. 5. Qulları satın alıb azad etmək üçün; (təfsilatı ilə öz yerində deyilibdir). 6. Borcunu verə bilməyən borcluya; 7. Allah yolunda xərcləmək. Məsələn; məscid tikmək, dini elmlər oxunan mədrəsə tikmək, şəhər təmizləmək və yolları asfalt edib genişləndirmək kimi, faydası ümumi müsəlmanlara aid olan işlərdə xərcləmək. 8. İbni-səbil; yə`ni səfərdə çətinliyə düşmüş müsafir. Bunlar zəkatın sərf edildiyi yerlərdir. Amma mal sahibi zəkatı İmamın (ə) və ya onun nümayəndəsinin icazəsi olmadan 3-cü və 4-cü yerə sərf edə bilməz. Lazım ehtiyata əsasən 7-ci yerə xərcləməkdə də şəriət hakimindən icazə almalıdır.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh