Xüms-zəkat · #1375 · · 433 baxış
0 şərh

Xums

Sual
KəbƏli ·
Salam Aleykum və Rəhmətullahi və bərəkatuh. Qardaşlar Allah sizi hər iki dünyada xoşbəxt etsin. Sual - 1. Mənim xumsumun vaxtı çatıb, mənə də bir neçə məbləğ pul borcludurlar, borc mənə çatmamış o pulun xumsunuda hesablayıb, ayırıb verə bilərəm? Sual 2. Bir qardaşa da borc istədiyi üçün verilib, sonradan o məbləği (borcu) mənə qaytarılmasını yox valideynlərimə verməsini xahiş etdim. Xumsumun vaxtı çatıb, həmin pulun xumsunuda hesablayıb ayırmalıyam? Ayətullah Fazil Lənkəraniyə (r.ə) təqlid edirəm. Allah sizi Peyğəmbər və Əhli -beyti ilə məhşur eləsin.

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Aleykum salam 1. Alacağınızın xümsünə imkan varsa elə həmin vaxt ödəməlisiniz. İmkan olmasa alan zaman ödəyə bilərsiniz. 2. Əgər o pul artıq valideynlərinizə məxsusdursa xümsünü də onlar ödəməlidir.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh