Müsafirin hökmləri · #18411 · · 483 baxış
0 şərh

Salonlara saç satılması

Sual
Kamran ·
Salam olsun sizə ey Allah bəndələrinin xidmətçiləri. Mənim 3 sualım var. Zəhmət olmasa deyərsiniz 1)Hicablı qadının öz saçını satması müqəddəs şəriətmizdə icazəlidirmi? 2)Bir şəxs Binəqədidə qalır amma Mərdəkana işə gedib gəlir ev təmirinə ustadı hardasa 1 aydı. Bunun namazlarının hökmü nədir? Yəni neçə müddət gedib gələndə namazlar bütöv qılınır və neçe müddət gedin gələndə qəsr? 3)Müsafir bir yerdə 15 gün qalmağı niyyət edirsə 15 gün namazları bütövdür? Yoxsa 10 gün qəsr qılıb 5 gün tam qılacaq? Təşəkkürlər əvvəlcədən.

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam 1. İcazəlidir 2. Əgər bu şəxs , çox səfər edəndirsə, o zaman getdiyi yerlərdə namazı bütöv olacaq. Bunun üçün ən azı ilin 6 ayı, ayın 10 günü, ya da 2 ilin cəmi 6 ayı, ayın 10 günü səfərdə olması lazımdır. Əgər kəsirrussəfər deyilsə, getdiyi yer, məsələn Mərdəkana gedib gəlmək qəsdi bu ilin 6 ayı qədər və ya iki il ərzində 6 ay deyilsə, 6 aydan azdırsa, gərək orda namazları qəsr qılsın. 3. Əvvəldən 15 gün qəsd edən insan o yerdə namazları bütöv qılacaq

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh