Müsafirin hökmləri · #24181 · · 1068 baxış
0 şərh

Səfərdə namaz

Sual
Emin ·
Səlamun aləykum. Sualım budur ki, mən işə düzəlmişəm, bu gündən yaşadığım rayondan başqa bir rayona 4 aylıq işləməyə gedirəm. Amma, hər həftənin 6-cı bazar günləri öz rayonumuza qayıdacam. Mənim orda olduğum müddətdə yaxud getdiyim birinci həftənin namazın hökmü nədir? İkinci həftənin namazımın hökmü nədir? Öncədən təşəkkür edirəm.

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Getdiyiniz səfərdə,məntəqənizin çıxışından getdiyiniz yerə qədər əgər yolunuz gediş - gəliş birlikdə 44 kmdən çoxdursa,  namazı qəsr şəklində qılmalısınız. Çünki , hər səfəriniz 5 gün çəkəcək deyə 10 gün iqamət qəsdi edib bütöv qıla bilməzsiniz. Qaldığınız yerin sizə müvəqqəti vətən olması üçün ilin ən azı 6 ayı ya iki ilin ümumilikdə 6 ayı orda qalmalısınız ki sualda da elə bir qeyd olmadığına görə ora sizə müvəqqəti vətən olmur və namazı qəsr qılmalı olursunuz. 4 ay səfər etməyiniz sizə çox səfər edən adı qazandırmaz ki bu səbəbdən bütöv qılmış olasınız. Xülasə namaz dediyiniz o hala görə qəsr şəklində qılınacaq. Bu halda namaz yalnız o zaman bütöv olacaq ki siz ilin ən azı 6 ayı bu cür səfərlərdə olasınız. Bu halda siz çox səfər edən sayılırsınız və hər yerdə namazı bütöv qılırsınız. Əlavə yarana biləcək suallara da mümkün qədər izah verməyə çalışdıq.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh