Namaz · #14862 · · 510 baxış
0 şərh

Namaz

Sual
Menzer ·
Salamun Aleykum ,mene namazin sozlerini deqiq ata bilersiniz ? Cox frrq var hara baxiram her yerde ferqlidi yeni herf ferqi var , ixlas suresinde bir soz var , samed deyirlir ya semed ? Baxin bu kimi bu da meni casdirit , deseniz sevinerem , Allah razi olsun sizden inseAllah

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam NAMAZ Təkbirətul-ehram: "Allahu əkbər" Allah vəsfə sığmayacaq qədər böyükdür. Həmd surəsi: "Bismillahir-rəhmanir-rəhim" Bağışlayan və mehriban Allahın adı ilə. "Əlhəmdu lillahi Rəbbil-aləmin" Həmd-səna və tərif aləmlərin Rəbbi olan Allah üçündür. "Ər-rahmənir-rahim" Rəhm edənlərin rəhm edənidir. "Məliki youmiddin". Qiyamət gününün sahibidir. "İyyakə nə''budu və iyyakə nəstə"in". İlahi! Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. "İhdinəs-siratəl mustəqim" Bizi doğru yola hidayət et. "Siratəl-ləzinə ən''əmtə ələyhim" O kəslərin yoluna ki, onlara nemət vermisən, "Ğəyril-məğzubi ələyhim vələzzallin". qəzəb etdiyin şəxslərin və azğınların yoluna yox. İxlas (Tovhid) surəsi: "Bismillahir-rəhmanir-rəhim" Bağışlayan və mehriban Allahın adı ilə. "Qul huvəllahu əhəd" De ki, odur yeganə Allah. "Allahus-səməd" (O) Allah ehtiyacsızdır. "Ləm yəlid və ləm yuləd" Doğmayıb, doğulmayıb "Və ləm yəkun ləhu kufuvən əhəd" Və ona tay olan bir kəs yoxdur. Rükunun zikri: "Subhanə Rəbbiyəl-əzimi və bihəmdi" Mənim böyük Pərvərdigarımı hər eyb və nöqsandan pak və münəzzəh bilib Ona həmd-sitayiş edirəm. Səcdənin zikri "Subhanə Rəbbiyəl-ə''la və bihəmdih" Mənim hamıdan uca məqamlı Pərvərdigarımı hər eyb və nöqsandan pak və münəzzəh bilib Ona həmd-sitayiş edirəm. Təsbihati-ərbəənin tərcüməsi "Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər" Hər eyb və nöqsandan pak və münəzzəhdir Allah, həmd, tə''rif yalnız Allaha məxsusdur, Allahdan başqa heç bir mə''bud yoxdur. Allah hamıdan böyükdür. Təşəhhüd: "Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh. Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd." Allaha həmd-səna və tərif olsun. Şəhadət verirəm ki, Allahdan başqa ayrı bir məbud yoxdur və şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və elçisidir. Ey mənim Allahım! Məhəmməd və Onun ailəsinə öz rəhmətini göndər.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh