Namaz · #17108 · · 440 baxış
0 şərh

namaz

Sual
Resad ·
Salam . Men bilmek isterdim ki secdeyi sehf hansi hallarda yerine yetirilmelidir ve secdeyi sehf nece qilinir. Wek sozunun menasi nedir. Birdeki qardaw namaz qilarken butun gunahlarim borclarim ne iw gormeliyem qarwudan gelen gun yeni her wey yadima duwur beynim elli faiz daha yaxwi iwleyir. Ama fikrim chox yayinir yeni men ne edimk tam fikrimi namaza yoneldim.? Allah razi olsun.

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
salam 1. İki halda namazın salamından sonra insan gərək bir cüt səhv səcdəsi sonradan deyiləcək göstərişlə yerinə yetirsin: 1. Təşəhhüdü unutsa. 2. Səhih şəkklərin dördüncü qismində deyildiyi kimi, dörd rük`ətli namazda ikinci səcdəyə getdikdən sonra, dörd ilə beş və ya dörd ilə altı rük`ət qıldığı barədə şəkk edərsə. Üç halda isə, vacib ehtiyata əsasən səcdeyi səhv lazımdır: 1. Namazdan sonra, namazın səhih olmasına hökm olunmasına baxmayaraq, ümumi halda namazda bir şeyin səhvən əskik və ya artıq yerinə yetirildiyini bilirsə. 2. Namaz əsnasında səhvən danışsa. 3. Namazın salamını verməli olmadığı yerdə məsələn birinci rük`ətdə səhvən salam versə. Əgər bir səcdəni unudarsa və ayağa qalxması lazım olan yerdə, məsələn; Həmd və surəni oxuması lazım olan yerdə səhvən oturarsa, yaxud oturması lazım olan yerdə, məsələn; təşəhhüd etməsi lazım olan yerdə səhvən ayağa qalxarsa, iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Hətta namazda səhvən yerinə yetirdiyi çoxluq və azlıq üçün iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Səhv səcdəsinin göstərişi belədir ki, namazın salamından sonra dərhal səhv səcdəsi niyyəti etsin və alnını lazım ehtiyata əsasən səcdəsi səhih olan bir şeyin üzərinə qoysun. Bu səcdədə zikr demək ehtiyat-müstəhəbbdir. Belə ki, bu zikri söyləməsi daha yaxşıdır: «Bismillahi və billahi. Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh». Sonra oturmalı və təkrarən səcdəyə gedib, söylədiyi zikri yenidən oxuduqdan sonra oturmalı və təşəhhüdü dedikdən sonra «Əssəlamu ələykum» deməlidir. Buna «Və rəhmətullahi və bərəkatuh»u da əlavə etməsi daha güclü nəzərdir. 2. Namaza diqqətinizi yönəltmək üçün dediyiniz sözlərin mənalarını düşünməyiniz tövsiyə edilir. diqqətinizi dediyiniz sözlərə versəniz başqa şeylər yada düşməz.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh