dəstəmaz
Sual
Salam
Sistani aganın 247ci məsələsində: Dəstəmaz alarkən üzü və qolları bir dəfə yumaq vacib, iki dəfə yumaq müstəhəbb, üç və daha artıq yumaq isə haramdır. Birinci dəfə yumaq dəstəmaz qəsdi ilə üz və ya qoluna tökdüyü su onun hər tərəfini əhatə etdiyi və heç bir ehtiyat yeri qalmadığı zaman tamam olur. Məsələn əgər birinci dəfə yumaq qəsdi ilə on dəfə belə üzünə su tökərsə, su onun hər tərəfini əhatə edincəyə qədər maneçiliyi yoxdur. Həmçinin dəstəmaz niyyəti ilə üzü yumağı qəsd etməyənə qədər birinci yuma gerçəkləşməz. Buna görə üzün hamısını bir neçə dəfə yuyub axırıncı dəfə dəstəmaz niyyəti ilə yumağı qəsd edə bilər. Lakin ikinci yumada niyyətin vacib olması nəzəri işkalsız deyil. Ehtiyat-lazıma əsasən birinci yumadan sonra üzü və qolları dəstəmaz qəsdi ilə olmasa belə, bir dəfədən çox yumamalıdır.
1. Sual: "Məsələn əgər birinci dəfə yumaq qəsdi ilə on dəfə belə üzünə su tökərsə, su onun hər tərəfini əhatə edincəyə qədər maneçiliyi yoxdur." - Necə ola bilərki insan suyu 10 dəfə töksün və bu 10 dəfəyə qədər üz tam yuyulmamış olsun ? Məsələn əgər 5ci dəfədə üz tamamilə yuyulsa və mən hələdə 1ci dəfə yumaq niyyətilə 10 qədər uzada bilərəm ? Və 10 dəfəyə qədər uzatmaq məsh çəkilən yerlərədə aid eləmək olar? Məsələn başa 1ci dəfə məsh çəkmək niyyətilə 5 dəfə məsh edim ?
2. Sual: "Həmçinin dəstəmaz niyyəti ilə üzü yumağı qəsd etməyənə qədər birinci yuma gerçəkləşməz." - bəs niyə soraki izzahda deyilirki məsh çəkilən yer quru olmalıdır ? Yeni yuyulası yeri ber neçə dəfə yumaq olar amma məsh bir dəfə çəkilməlidir ?
3. Sual: " Lakin ikinci yumada niyyətin vacib olması nəzəri işkalsız deyil. " burda nə demək istəyiblər ?
4. Sual: "Ehtiyyat-lazıma əsasən birinci yumadan sonra üzü və qolları dəstəmaz qəsdi ilə olmasa belə, bir dəfədən çox yumamalıdır." - Bəs niyə səhərdən deyir ki, 10 dəfə yuya bilər indi isə bir dəfədən çox yumamalıdır. Bir də dəstəmaz qəsdi olmadan belə yazilib axı o niyyət olmasa ümumiyyətlə yumaq olmazdı





Cavab və şərhlər 1
Şərh yazmaqŞərhiniz
Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.