Dəstəmaz · #15106 · · 872 baxış
0 şərh

Destemazin pozulmasi

Sual
Намик ·
Assalamu Aleykum va rahmatullahi va barakatuhu, mene bu meseleyle bagli komek ederdizde zehmet olmasa, oz dilivizle bunu bawa sala bilerdiz mene? Məsələ 1344. Əgər namaz əsnasında qəsdən, yaxud səhvən surətdə və ya çarəsizlikdən dəstəmazı, yaxud qüslü pozan bir hal baş verərsə, məsələn, namaz qılan sidik, yaxud mədə yeli ifraz edərsə və ya yatarsa, hərçənd namazın ortasında müvalat, yaxud namazın surəti pozulmadan misal üçün dəstəmaz ala və namazın bütün vacibatını təharətli halda yerinə bilsə də, namazı batil olur. Əlbəttə, bu hökm bir halda vacib ehtiyata əsaslanır. Bu hal dəstəmaz, yaxud qüslün namazın sonuncu səcdəsi başa çatdıqdan sonra səhvən, yaxud çarəsizlikdən pozulmasıdır. İdrar, yaxud nəcis ifrazının qarşısını ala bilməyən şəxsdən namaz əsnasında idrar və ya nəcis ifraz olarsa, dəstəmaz hökmlərində izah edilən qaydada hərəkət etdiyi təqdirdə namazı batil olmur. Həmçinin, əgər namaz əsnasında müstəhazə qadında qan ifrazı baş verərsə, istihazə qaydalarına uyğun hərəkət etdiyi təqdirdə namazı doğrudur. Mercei Teqlid : Sistani Aga

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam Yəni namaz əsnasında dəstəmazı pozan bir hal baş verdikdə namaz pozulur. Lakin sidiyini və ya ğaitini tuta bilməyən xəstəliyi olan insanlarda istisna hallar vardır ki bu da şəriət kitablarında geniş izah edilmişdir.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh