Digər (Şəri suallar) · #22735 · · 1409 baxış
1 şərh

Bu fətva Ayətullah Sistani ağaya ayiddir?

Sual
Əfqan ·
Sual : Sosyal şəbəkələrdə imam Cavadın (Muhamməd Təqinin) (ə) şəhadət günündə Əzamiyyə bölgəsində əzadarlıq dəstələrinin birində bir qrup insan qışqıraraq ömər ayişə və digərlərini təhqir ediblər. Bu əməl mərcəiyyət tərəfindən məhkum edilirmi? Xüsusən də bu iş sünni qardaşlarımızın rəmzlərini təhqir etmək ilə əlaqəlidir və bu hərəkət İraq xalqının cahilləri arasında olan fitnəni qızışdıra bilər. Cavab: Bu cür rəftar ciddi şəkildə məhkum edilən, qəbul olunmayan və imamların (ə) öz şiələrinə öyrətdikləri ilə müxalif olan bir rəftardır.

Cavab və şərhlər 2

Şərh yazmaq
Cavab
Salam. Düzgün yazıdır. Lakin mənası başqa mövzulara çəkilmişdir. Burdaki fətva Əhli Beyt(ə) düşmənlərini lənətləməyi qadağan etmir. Burda olan yazıda məqsəd bir möminin, bir şiənin özünü və başqa möminləri təhlükəyə atmasının pislənməsidir.
Əfqan
Çox sağolun qardaş Allah razı olsun sizdən

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

1 şərh