Digər (Şəri suallar) · #12975 · · 638 baxış
0 şərh

Təhəccüd ve Istiğfar

Sual
Cemile ·
Salam bir meqale oxumusam orda .... yazilib 1)Təhəccüdə qalx 2)Istiğfar et yazilib Zehmet olmazsa bu sozlerin tercumesini yazin.

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam Təhəccüd lüğətdə “yatmaq, oyanmaq” mənasına gəlir. Termin olaraq isə “gecə qalxıb namaz qılmaq” mənasındadır. Yatsı namazından sonra yatmadan və ya bir az yatdıqdan sonra qalxıb qılınan namaza ümumi olaraq “gecə namazı (salətul-leyl)” deyilir. Bir müddət yatandan sonra gecə yarısından imsaq vaxtına qədər qılınarsa təhəccüd adlanır. Bu namaz iki rükətdən səkkiz rükətə qədər qılına bilər. Hər iki rükətdə bir salam verərək qılmaq daha fəzilətlidir. Qurani-Kərimdə təhəccüd namazı ilə əlaqəli belə buyurulur: “(Ya Rəsulum!) gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl ki, Rəbbin səni (bununla) bəyənilib təriflənən bir məqama (axirətdəki ən böyük şəfaət məqamına) göndərsin."

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh