1)Salam Aleykum Allah sixlərdən razı olsun .Sualim budurki bövüllə nəcis olmuş hər hansı bir şeye az su hökmündə olan su ilə neçə dəfə yuyulduqda pak olur?
2)Sisdani aganın risaləsində yazlıbki bövlün mərkəzi yalnız su ilə paklanır 1 dəfə yumaq bəs eder yazıb amma 3 dəfə yusan yaxşıdı yazlıb bilmək isdəyirəm 1 dəfə az su hökmündə olan suyla yusan paklanar?ümumyətlə bu hökümdəki hansı su nəzərdə sutulum az su ya kür su?
Allah razı olsun Sagolun
- Alim soruşub 9 il əvvəl
- last edited 9 il əvvəl
Salam
Əgər bövllə nəcis olan şey qabdırsa , az , kürr və axar suda 3 dəfə yuyulmalıdır.
Əgər nəcis olan şey libasdırsa az və kürr suda 2 dəfə, axar suda bir dəfə yumaq lazımdır. Az suda yuyulduqda sıxılması da vacibdir.
Qab və libasdan digər şeylər nəcis olubsa , az və kürr suda 2 dəfə, axar suda 1 dəfə yuyulmalıdır. Əgər parça qismindən bir şey olsa az suda yuyulduqda sıxılması da vacibdir.
- Kerbelayi Anar Huseyni cavablandırdı 9 il əvvəl
