Dualar · Kərbəla · · 2 baxış 4 dəqiqəyə oxu
0 şərh

Ziyarətnamə: İmam Hüseynin (ə) istənilən vaxt yerinə yetirilən mütləq ziyarəti — 2

Ziyarətnamə: İmam Hüseynin (ə) istənilən vaxt yerinə yetirilən mütləq ziyarəti — 2

İmam Hüseynin(ə) yaxından 2 növ ziyarəti vardır:
1) Mütləq ziyarəti (müəyyən vaxta məxsus olmayan ziyarətdir, istənilən vaxt yerinə yetirmək olar)
2) Məxsus ziyarəti (müəyyən vaxtlara təyin olunmuş ziyarət)
Birinci növ ziyarətnamələrin sayı çox olduğu üçün biz burada onlardan yalnız bir neçəsini sizin üçün qeyd edirik.

Şeyx Kuleyni və həmçinin İbn Qavlaveyh yazırlar ki, Süleyman ibn Həfz Mərzəvi imam Əli Nəqidən (ə) nəql edir ki, o həzrət belə buyurub[1]: “İmam Hüseynin (ə) məzarı kənarında bu ziyarətnaməni oxu:

TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə ya Əba ƏbdillahSalam olsun sənə, ey Əba-Əbdillah!السَّلامُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ
əssəlamu ələykə ya huccətəllahi fi ərzihi və şahidəhu əla xəlqihSalam olsun sənə, ey Allahın yer üzündəki höccəti və məxluqatına şahidi!السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ فِي أَرْضِهِ وَ شَاهِدَهُ عَلَى خَلْقِهِ
Əssəlamu ələykə yəbnə Rəsulillah, Əssəlamu ələykə yəbnə Əliyyinil Murtəza, əssəlamu ələykə yəbnə Fatimətəz ZəhraSalam olsun sənə, ey Rəsulullahın övladı! Salam olsun sənə, ey Əli Mürtəzanın oğlu! Salam olsun sənə, ey Fatimeyi-Zəhranın oğlu!السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ عَلِيٍّ الْمُرْتَضَى السَّلامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ الزَّهْرَاءِ
əşhədu ənnəkə qəd əqəmtəs səlatə və atəytəz zəkatə və əmərtə bil mə`ruf və nəhəytə ənil munkərŞəhadət verirəm ki, həqiqətən, sən şəhadətə qovuşana qədər namazı bərpa etdin, zəkat verdin, (insanları) yaxşılıqlara dəvət etdin, pisliklərdən çəkindirdinأَشْهَدُ أَنَّكَ قَدْ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ
və cahədtə fi səbilillah hətta ətakəl yəqin. fə salləllahu ələykə həyyən və məyyita.və Allah yolunda layiqincə cihad etdin! Diri və şəhid ikən Allahın salamı olsun sənə!وَ جَاهَدْتَ فِي سَبِيلِ اللَّهِ حَتَّى أَتَاكَ الْيَقِينُ فَصَلَّى اللَّهُ عَلَيْكَ حَيّا وَ مَيِّتا

Sonra sağ yanağını qəbrin üzərinə (zərihə) qoyub de:

TranskripsiyaTərcüməƏrəbcə
Əşhədu ənnəkə əla bəyyinətin min rəbbikə ci`tu muqirrən biz zunubi litəşfəu li ində rəbbik, yəbnə Rəsulillah.Şəhadət verirəm ki, həqiqətən, sənin (öz işlərinlə bağlı) Rəbbin tərəfindən aydın dəlil və sübutun var idi! Ey Rəsulullahın övladı, mən günahlarımı iqrar etdiyim halda, hüzuruna gəlmişəm ki, Rəbbinin dərgahında mənə şəfaət edəsən!أَشْهَدُ أَنَّكَ عَلَى بَيِّنَةٍ مِنْ رَبِّكَ جِئْتُ مُقِرّا بِالذُّنُوبِ لِتَشْفَعَ لِي عِنْدَ رَبِّكَ يَا ابْنَ رَسُولِ اللَّهِ

Sonra imamların hər birinin adını çəkə-çəkə de:

TranskripsiyaTərcüməƏrəbcə
Şəhadət verirəm ki, həqiqətən, siz Allahın höccətlərisiniz!أَشْهَدُ أَنَّكُمْ حُجَجُ اللَّهِ

Daha sonra bu cümləni de:

TranskripsiyaTərcüməƏrəbcə
Uktub li indəkə misaqən və əhda, inni ətəytukə mucəddidənil misaqÖz yanında mənim üçün əhd-peyman yaz! Mən həmin əhd-peymanı yeniləmək üçün hüzuruna gəlmişəmاكْتُبْ لِي عِنْدَكَ مِيثَاقا وَ عَهْدا إِنِّي أَتَيْتُكَ مُجَدِّدا الْمِيثَاقَ
fəşhəd li ində rəbbikə əntəş şahid.Elə isə Rəbbinin dərgahında mənim xeyrimə şəhadət ver ki, həqiqətən, sən (Allah dərgahında) şahidsən!فَاشْهَدْ لِي عِنْدَ رَبِّكَ اِنَّكَ أَنْتَ الشَّاهِدُ

Mənbələr

[1] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 79, səh 210, hədis 7

Kateqoriyalar

0 şərh

Şərhlər 0

Şərh yazmaq

Hələ şərh yoxdur. İlk fikri siz bölüşə bilərsiniz.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…