Məqalələr · Şəri məqalələr · · 16820 baxış 1 dəqiqəlik oxu
2 şərh

Vəhşət namazı

Vəhşət namazı

Vəhşət namazı

Sual: Vəhşət namazı nədir?

Cavab: Vəhşət namazı, cənazənin qəbrə qoyulduğu ilk gecə, ölü üçün iki rəkət qılınan namaza deyilir.

Sual: Vəhşət namazı necə qılınır?

Cavab: Vəhşət namazı iki rəkət qılınır. Birinci rəkətdə Fatihədən sonra bir dəfə Ayətəl-Kürsi, ikinci rəkətdə Fatihədən sonra on dəfə Qədr surəsi oxunu və namazdan sonra deyilir: “Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Vəb`əs səvabəha ilə qəbri fulan.” “Fulan” sözünün əvəzinə mərhumun adı deyilir.

Sual: Vəhşət namazının qılınması üçün ən yaxşı vaxt nə zamandır?

Cavab: Gecənin ilk bölümündə və Xiftən namazının ardınca vəhşət namazını qılmaq daha yaxşıdır.

Sual: Cənazə üzaq bir şəhərə aparılarsa və yaxud başqa bir səbəb üzündən dəfn gecikdirilərsə, vəhşət namazı nə zaman qılınır?

Cavab: Vəhşət namazı, meyitin qəbrə qoyulduğu ilk gecəyə qədər gecikdirilməlidir.

Mövzular

2 şərh

Şərhlər 2

Şərh yazmaq

Ən yeni şərhlər əvvəl göstərilir.

Kerbelayi Anar Huseyni
bu cür namazlar gərək tövsiyə edildiyi kimi əməl olunsun
Yusif İmanov
Vəhşət namazinı iki rəkətdən çox əda etmək nə qədər doğrudur?

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…