Şeir demək
Şeir demək Sual: Oruc tutan, ehram bağlayan, hərəmdə olan şəxsə, eləcə də cümə axşamı və cümə günü şeir demək məkruhdurmu? Bu, haqq şeir, əhli-beytin (ə) mədhi və onların barəsində mərsiyə deməyə də şamildirmi?
Cavab: Oruc tutana, Ramazan ayında, ehram bağlayana, hərəmdə olana, cümə günü və gecəsi şeir demək barədə rəvayətlər mütləq mənada məkruhluğu bildirir. Bu, etibarlı rəvayətlərin məzmununa müvafiqdir. Həmin rəvayətlərin bəzilərində haqq şeir və ya qeyrisi, əhli-beyt (ə) və ya başqası arasında fərq qoyulmur. Lakin bəzi fəqihlərin rəylərindən qeyd olunan ümumiliyə əməl etməmək anlaşılır.
Mənbə: https://istiftaat.az/meqaleler/seir-demek-istiftaat-seri-sual-cavab-meqaleler-moizeler-dersler/





Şərhlər 0
Şərh yazmaqHələ şərh yoxdur. İlk fikri siz bölüşə bilərsiniz.
Şərhiniz
Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.