Məqalələr · Şəri məqalələr · · 55187 baxış 2 dəqiqəlik oxu
0 şərh

Namazla bağlı şəkklər

Namazla bağlı şəkklər

Sual: Müstəhəb və ehtiyat namazlarında şəkk etmək, namazı batil edərmi?

Cavab: Xeyr, batil etməz.

Sual: Camaat namazında imamın rəkətlərin sayını bildiyi halda, məmumun rəkətlərin sayında şəkk etməsi, namazı batil edərmi?

Cavab: Xeyr, batil etməz.

Sual: Camaat namazında məmumun rəkətlərin sayını bildiyi halda, imamın rəkətlərin sayında şəkk etməsi, namazı batil edərmi?

Cavab: Xeyr, batil etməz.

Sual: Çox şəkk edən şəxsin şəkki mötəbərdirmi?

Cavab: Çox şəkk edən şəxsin (kəsiruş-şəkk) şəkkinə etina edilməz.

Sual: Namazın vaxtı keçdikdən sonra şəkk etmək namazı batil edərmi?

Cavab: Xeyr, batil etməz və bu halda, şəkkə etina olunmaz.

Sual: Namazın salamından sonra şəkk etmək, namazı batil edərmi?

Cavab: Xeyr, namaz düzgündür və bu halda, şəkkə etina olunmaz.

Sual: Vaxtı keçmiş bir əməldə, məsələn, rukuda Fatihəni oxuyub-oxumadığına şəkk edən şəxsin namazı batil olarmı?

Cavab: Xeyr, namaz batil olmaz və bu şəkk, etina olunmayan şəklərdəndir.

Sual: Namazda üç ilə altı, yaxud üç ilə altıdan daha çox rəkət arasında şəkk edən şəxsin namazı batil olarmı?

Cavab: Bəli, batil olar.

Sual: Namazda iki ilə beş, yaxud iki ilə beşdən daha çox rəkət arasında şəkk edən şəxsin namazı batil olarmı?

Cavab: Bəli, batil olar.

Sual: Dörd rəkətli namazda ikinci səcdəyə getməmişdən əvvəl, iki rəkət yoxsa daha çox qıldığında şəkk edən şəxsin namazı batil olarmı?

Cavab: Bəli, batil olar.

Sual: Dörd rəkətli namazda bir rəkət, yoxsa daha çox qıldığına şəkk edən şəxsin namazı batil olarmı?

Cavab: Bəli, batil olar.

Sual: Sübh namazı və müsafir namazı kimi iki rəkət qılınan namazların rəkətlərinin sayında şəkk etmək, namazı batil edərmi?

Cavab: Bəli, batil edər. Lakin iki rəkət qılınan müstəhəb və ehtiyat namazlarının rəkətlərinin sayında şəkk etmək, namazı batil etməz.

Sual: Üç rəkətli namazın rəkətlərinin sayında şəkk etmək, namazı batil edərmi?

Cavab: Bəli, batil edər.

Mövzular

0 şərh

Şərhlər 0

Şərh yazmaq

Hələ şərh yoxdur. İlk fikri siz bölüşə bilərsiniz.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…