Yaxşı kişi və qadının xüsusiyyətləri

Yaxşı kişi və qadının xüsusiyyətləri

Sual: Yaxşı kişi və yaxşı qadının xüsusiyyətləri hansılardır?

Cavab: Ərinə əziyyət verməmək, ona qarşı pis davranmamaq və onu narahat etməmək yaxşı qadınn xüsusiyyətlərindəndir. Həmçinin arvadına əziyyət verməmək, onunla kobud davranmamaq və onu narahat etməməmk yaxşı kişinin xüsusiyyətlərindəndir. Həzrət Rəsulullah (s) belə buyurub: “Hər hansı bir kişinin arvadı ona əziyyət verərsə, onu razı salmadıqca həyatı boyu oruc tutub ibadət etsə, qul azad etsə, Allah yolunda bütün mallarını sədəqə olaraq paylasa da, Allah o qadının namazını və heç bir yaxşı əməlini qəbul etməz. Həmin qadın cəhənnəmə atılacaq ilk insan olar”. Sonra Peyğəmbər (s) belə buyurdu: “Kişi də arvadını incidib ona zülm edərsə, bu günahı daşıyar və bu əzaba düçar olar”.

Sual: Ərin atasına, anasına və ya qardaşına xidmət etmək zövcənin yaxşı xüsusiyyətlərindən sayılırmı? Həmçinin öz həyat yoldaşının atasına, anasına, qardaşına və ya bacısına xüsusilə də qərib ölkələrdə, yardım etməsi ər üçün yaxşı xüsusiyyət hesab olunurmu?

Cavab: Bu işlərin ər və ya arvad üçün yaxşı əməl hesab olunmasında heç bir şübhə yoxdur. Lakin bu əməllər onlara vacib deyildir.

Paylaş:
Baxış sayı: 11734

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

16 − ten =