Var-dövlət sevgisi

Var-dövlət sevgisi

Allah-təala Qurani-kərimdə buyurur: “Ey iman gətirənlər, mal-dövlətiniz və övladlarınız sizi Allah zikrindən yayındırmasın! Və kim belə etsə (Allahı unutsa), belələri (əsl) ziyankarlardır”. (Munafiqun surəsi, ayə 9).
“Bilin ki, mallarınız və övladlarınız imtahan vasitəsidir və həqiqətən böyük mükafat, məhz Allahın yanındadır”. (Ənfal surəsi, ayə 28).
Rəsulullahın belə (s) buyurduğu nəql olunur: “Kimin ən böyük düşüncəsi dünya olarsa, Allahdan ona heç bir (rəhmət) olunmaz”.
“Məndən sonra sizə elə dünya (var-dövlət) gələcək ki, alov odunu yandırıb yediyi kimi imanınızı yeyib bitirəcək”.
“Dünyanı ona layiq olanlara buraxın. Kim dünyadan ehtiyacından artıq götürərsə, bilmədən özü üçün ölüm götürmüşdür”.
“Dinar və dirhəm sizdən öncəkiləri həlak etmişdir. Onlar sizi də həlak edəcək”.
“Kim dünyanı sevərsə axirətinə zərər verər”.
İmam Zeynulabidininin (ə) belə buyurduğu nəql olunur: “Bütün xeyirin insanların əlindəkinə tamah salmamaqda cəm olduğunu gördüm”.
İmam Məhəmməd Baqirin (ə) belə buyurduğu nəql olunur: “Ən pis bəndə onu idarə edən bir tamaha sahib olandır. Ən pis bəndə onu xar edəcək istəyə sahib olandır”.
İmam Sadiqin (ə) belə buyurduğu nəql olunur: “Dünya sevgisi bütün bəlaların başıdır”.

Paylaş:
Baxış sayı: 9313

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

twenty + 6 =