Vəfat Hicri-qəməri: 29 Zilhiccə Miladi:

Zurarənin vəfatı

Zurarənin vəfatı

Hicrətin 148-ci ili bu ayda Həzrət Sadiqin (ə) şəhadətindən 2 ay sonra Zurarə ibn Əyən vəfat edib. İmam Sadiq (ə) xəstə olan gün o da xəstə yatırdı.

Bəzilərinin dediyinə əsasən Zürarə hicrətin 150-ci ilində vəfat edib.

O, İmam Baqir (ə), İmam Sadiq (ə) və İmam Kazimin (ə) səhabələrindən olub, onların yanında xüsusi məqama sahib olub.

O, fəqih, şair və ədib idi. Onun İmamların səhabələrinin ilk fəqihlərindən olması bildirilir. Adı Əbdürəbbih, ləqəbi Zürarə, künyəsi Əbül Həsən və Əbu Əlidir. Atası Əyəndir. Övladları: Həsən, Hüseyn, Rumi, Übeyd, Abdullah və Yəhyadır.

O, xoş simalı bir kişi idi. İbadətin əsəri onun simasından görünürdü. Camaat sadəcə onu görmək üçün gəlirdilər. Şiənin böyüklərindən olan ibni Əbi Ümeyr deyir: «Cəmil ibni Dərracın elmindən faydalanarkən ona dedim: «Səndən elm öyrənmək nə gözəldir!»»

Cəmil dedi: «Allaha and olsun, biz Zürarənin yanında sadəcə məktəb uşaqları kimiyik».

Teqlər