Ziyad ibn Əbiyhin ölümü
Ziyad ibn Əbiyhin ölümü
Hicrətin 53-cü ili bu gün Ziyad ibn Əbiyh Kufədə həlak oldu.[1] O, Ziyad ibn Əbiyh, Ziyad ibn Üməh, Ziyad ibn Əbid, Ziyad ibn Sümeyh adları ilə məhşurdur. Atası çox olduğundan hansının atası məlum deyil. Buna görə ona Ziyad ibn Əbiyh deyirlər.
Müaviyəyə qoşulduqdan sonra Ziyad ibn Əbi Süfyan adlandı. Müaviyənin qardaşı oldu və öz anası ilə zina etməsini qəbul etdi. Süməyyə təbib Haris ibn Kəldənin kənizi idi. Haris onu qoyunları otarmağa vadar etmişdi. Lakin səhrada Süməyyənin çirkin şəhvət oyunları Harisi o qədər narahat etdi ki, onu qovdu.
Müaviyə Ziyadı öz yanında saxlamaq üçün ona iş verdi. Məclis qurub bir qrup insanı şahid kimi ora topladı. Taifin şərab satanı Əbu Məryəm də orada idi, O, ayağa qalxaraq Ziyada dedi: «Bir gecə Əbu Süfyan Taifə gəldi və məndən fahişə istədi». O gecə Süməyyədən başqası yox idi. Gözlədik, get-gəl azaldıqdan sonra Süməyyəni onun üçün göndərdim. Ziyad öz anasının zinasını qəbul edib Müaviyənin qardaşı oldu! Müaviyə də onu inandırmaq üçün bacısını onun evinə göndərib göstəriş verdi ki, başındakı çadranı açsın, çünki, onlar məhrəmdir.[2] Ziyad Müaviyə ilə qardaş olduqdan sonra Həzrət Əliyə (ə) qarşı pis münasibət bəsləyərək onun şiələrini qətlə yetirib mallarını qarət etməyə başladı. O cümlədən insanları diri-diri basdırmaq, gözlərini çıxarmaq, başlarını kəsmək, dara çəkmək, evlərini yandırmaq və s. onun cinayətlərindəndir. Əbdürrəhman ibn Həssanı Əli ibn Əbu Talibə (ə) olan məhəbbətinə görə diri-diri basdırdı.[3]
Bəsrə və Kufədə şiə və şiə olması ehtimal olunan 13 min nəfəri öldürdü və sonra Müaviyəyə yazdı: «Sənin bu qədər istəklərini yerinə yetirdim. Bu, mənim sol əlimin gördüyü iş idi. Əgər Hicazın hakimliyini mənə versən, həmin işi bekar qalan sağ əlimlə də yerinə yetirərəm. Fikrim var ki, İraq əhdindən məsciddə Əlidən (ə) uzaqlaşıb aşkar surətdə Bəni-Üməyyəni mədh edəcək sözlər danışmaqlarını istəyim».
Bu xəbər yayıldıqdan sonra İmam Həsən (ə) və şiələr ona nifrin etdilər. Bəziləri Əlinin (ə) onu lənətlədiyini yuxuda gördü. O lənətlənmiş öz fikrini həyata keçirməmişdən qabaq taun xəstəliyinə mübtəla olaraq cəhənnəmə vasil oldu.[4]
Mənbələr
[1] Mürəvvicul-islam - Nəfaihul-əlam, səh 114, Məhəmməd Baqir Məlbubi - Əl-vəqayə vəl-həvadis, c 1, səh 74, Mühəddis Qumi - Feyzul-əlam, səh 23, Əbülfəzl Tehrani - Şifaus-sudur fi şəhri ziyarəti Aşura, c 1, səh 310
[2] İbn Əbil Hədid - Şəhri Nəhcül Bəlağə, c 16, səh 187, Məhəmməd Baqir Məlbubi - Əl-vəqayə vəl-həvadis, Ramazan cildi, səh 75, Əbülfəzl Tehrani - Şifaus-sudur fi şəhri ziyarəti Aşura, c 1, səh 310, Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 87
[3] Əbülfəzl Tehrani - Şifaus-sudur fi şəhri ziyarəti Aşura, c 1, səh 315
[4] Əbülfəzl Tehrani - Şifaus-sudur fi şəhri ziyarəti Aşura, c 1, səh 316, İbn Əbil Hədid - Şəhri Nəhcül Bəlağə, c 16, səh 187, Məhəmməd Baqir Məlbubi - Əl-vəqayə vəl-həvadis, Ramazan cildi, səh 79




