Vəfat Hicri-qəməri: 14 Rəbiül-əvvəl Miladi:

Yezid ibn Müaviyənin (l) ölümü

Yezid ibn Müaviyənin (l) ölümü

Hicrətin 64-cü ili bu günün gecəsi Yezid ibn Müaviyə ibn Əbi Süfyan (l) 39 və ya 37 yaşında cəhənnəmə vasil oldu.[1] Başqa rəvayətə əsasən Yezid (l) bu ayın 12-də və ya 15-də cəhənnəmə vasil olub.[2]

Yezidin (l) anası Məysun Bəcdəl Kəlbinin qızı idi. O, elə bir insandır ki, öz atasının qulamı ilə yaxınlıq etdi və məlum Yezidə (l) hamilə oldu. İmamlardan (ə) nəql olunan rəvayətlərdə bildirilir ki, İmam Hüseynin (ə) qatili vələduz-zinadır. Bu kəlam Şimrə, Əmr Asa, ibn Ziyada və başqalarına şamil olur.

O, şərabxor, qumarbaz, meymunbaz, məhrəmlərlə yaxınlıq edən, küfr şerlər söyləyən və namazı tərk edənlərdən idi. O, İmam Hüseyni (ə), səhabələrini və Əhlibeytini Kərbəlada şəhid etdi. İmam Səccadı (ə), Zeynəbi (ə), Ələviləri və Fatimiləri küçə-küçə dolandıraraq əsir apardı.

O, Allahın evini dağıtdı və Kəbənin pərdəsini yandırdı. O, üç gün insanların malını, namusunu və canını öz əskərlərinə halal etdi.[3] Bu hadisədən sonra dünyaya gələn uşaqların atası məlum olmadı. Daha sonra Mədinədə qətl və qarətlər baş verdi və Nəbinin (ə) hərəminin hörməti sındırıldı camaatı pak hərəmin içində öldürdülər.

Onun ölümü barədə bir neçə söz var: Bir sözə əsasən gözlənilməz bəla nəticəsində həlak olub. Şeyx Səduq buyurur: «Yezid məst halında yatdı, sübh vaxtı onu ölmüş tapdılar. Onun bədənində dəyişiklik baş vermişdi. O, Dəməşqin kiçik qapısında dəfn edilib».

Əhməd ibn Hənbəl və əhli-sünnədən bəziləri Yezidi lənətləməyi caiz biliblər. Bəzilərinin isə onun kafirliyinə etiqadları var. İbn Cizi Yezidin (l) əleyhinə kitab yazıb.[4]

Bu gün İmam Hüseyni (ə) ziyarət etmək münasibdir.[5]

Mənbələr

[1] Əllamə Əli Nəmazi Şəhrudi – Mustədrəku səfinətil-bihar, c 4, səh 67, Feyz Kaşani – Təqvimul möhsinin, səh 16, Mühəddis Qumi - Feyzul-əlam, səh 215, Əllamə Məclisi - Zadul-məad, səh 345, Əllamə Məclisi – Biharul-ənvar, c 95, səh 189, c 98, səh 101, Abdullah ibn Nurullah - Əvalimul-ulum (məqtəl), səh 224, Şeyx Bəhauddin Amuli – Tovzihul-məqasid, səh 7-8, Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 55

[2] Şeyx Müfid – Məsaruş-şiə, səh 29

[3] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 55

[4] Mühəddis Qumi - Feyzul-əlam, səh 215

[5] Əllamə Məclisi – Biharul-ənvar, c 95, səh 189

Teqlər