Digər Hicri-qəməri: 17 Şəvval Miladi:

Xəndək müharibəsi

Xəndək müharibəsi

Hicrətin 5-ci ili bu gün Xəndək (Əhzab) müharibəsi baş verdi. Bu döyüşdə Əmr ibn Əbdəvid həzrət Əlinin (ə) əliylə öldürüldü. Xəndək müharibəsi qış fəslində baş verib.[1] Bəzilərinin nəql etdiyinə əsasən Xəndək müharibəsi zilqədə ayının 8-də,[2] yaxud şəvval ayının 15-də olub. Digər bir rəvayətdə bildirilir ki, Xəndək müharibəsi hicrətin 4-cü ilinə təsadüf edir.[3]

Bu döyüşdə müsəlmanlar 3000 nəfər idilər, onlardan 6 nəfəri şəhid oldu. Kafir ordusunda isə 10000 nəfər iştirak edirdi. Amma öldürülənlərin sayı tarixdə qeyd olunmayıb.

Müsəlmanlar Mədinənin ətrafında Xəndək qazdılar. Əmr ibn Əbdəvid döyüşmək üçün mübariz istədi. Amma heç kim cürət etmədi. Ömər ibn Xəttab Əmrin şücaətlərindən danışıb camaatda qorxu yaratdı.

Əbdürrəhman ibn Ovf dedi: «Əgər Əmr bizə hücum etsə, hamımızı öldürəcək. Yaxşısı budur ki, Məhəmmədi (s) əli bağlı onlara təhvil verək».

Belə bir şəraitdə Peyğəmbər (s) buyurdu: «Bu düşmənin şərrini dəf etməyə bir dost varmı?»

Əli ibn Əbu Talib (ə) buyurdu: «Mən onunla döyüşməyə gedirəm».

Peyğəmbər (s) sükut etdi. Sonra 3 dəfə bu sözü təkrarladı. Hər 3 dəfədə Əli (ə) döyüşmək üçün icazə istədi.

Əmr ibn Əbdəvid döyüşməkdən əl çəkmədi. Əmirəl-möminin (ə) bir zərbə ilə onu məhv etdi. Bu an müsəlmanların təkbir səsləri ucaldı. Peyğəmbər (s) buyurdu: «Əli ibn Əbu Talibin (ə) Xəndəkdəki mübarizəsi ümmətimin qiyamətə qədər ki əməllərindən fəzilətlidir».[4]

Mənbələr

[1] Mühəddis Qumi - Feyzul-əlam, səh 76, 77, Zəbihullah Məhəllati - Qəlaidun- nehvər, Şəvval cildi, səh 107

[2] Əbil Həsən İrbili - Kəşful-ğəmmə, c 1, səh 150, Məhəmməd Möhsin - Əl-mosuətul-kubra fi cəzəvati-nəbiyyil-əzəm (ə), c 3, səh 58

[3] Əbu Əbdillah Buxari Cufi - Səhih, c 4, səh 1504

[4] Əbil Həsən İrbili - Kəşful-ğəmmə, c 1, səh 150, Əllamə Məclisi - Biharul-ənvar, c 20, səh 186, 281

Teqlər