Xalid ibn Vəlidin ölümü
Xalid ibn Vəlidin ölümü
Rəbius-sani ayının sonuncu günü Xalid ibn Vəlid ibn Müğeyrə Məxzumi cəhənnəmə vasil oldu.[1] O, Peyğəmbərin (s) besətindən 20 il sonra o Həzrətin ömrünün son vaxtlarında Əmr As ilə birlikdə zahirən islamı qəbul etdi. Əbu Bəkr onu Şamın hakimi seçdi. Daha sonra Ömər onu bu vəzifədən xaric etdi. Bir müddətdən sonra isə Həməs şəhərində öldü və orada dəfn olundu.[2]
Bəzi yerlərdə Peyğəmbər (s) onun işlərindən razı olmayıb. O, Peyğəmbərin (s) icazəsi olmadan Bəni Cəziməni öldürmüşdü və bir qrup insanları əsir edərək demişdi: hər kimin əlində əsir varsa, onu öldürsün.
Mühacirlər və ənsarlar əsirləri Peyğəmbərin (s) yanına göndərdilər. Peyğəmbər (s) mübarək əllərini qaldırıb iki dəfə buyurdu: «Pərvərdigara, mən Xalidin etdiyi işdən özümü uzaq tuturam».[3]
Xalid Əmmarə nalayiq sözlər dedi. Peyğəmbər (s) buyurdu: «Hər Kim Əmmara pis söz desə, Allah da onu pis edər».[4]
O, Əbu Bəkrin göstərişi ilə Əmirəl-möminini (ə) şəhid etmək istədi. Amma addım atmamış Həzrət (ə) bundan xəbərdar oldu. İki barmağı ilə Xalidin boğazından tutub elə sıxdı ki, Xalid nərə çəkdi. Camaat qaçdı, Xalid paltarını nəcasətlə buladı və dedi: «Bu işi mənə Əbu Bəkr və Ömər əmr edib».
Camaat araya girmək istəsə də Həzrət (ə) onu buraxmadı. Əbu Bəkr Öməri göndərib ibn Abbası çağırdı. İbn Abbas gəldi. Həzrətə (ə) Peyğəmbərin (s) mütəhhər qəbrinə, övladlarına və Həzrət Fatiməyə (ə) and verdirdi. Həzrət (ə) onu buraxdı.
Əbu Bəkr Ömərə dedi: «Bu da səninlə olunan məşvərətin nəticəsi!»
Ömər Xalidi məhz bu iş üçün seçmişdi.[5] Həmçinin, Xalid ibn Vəlid Malik ibn Nəvirəni və onun qəbiləsindən olan bir qrup insanı Əbu Bəkrə beyət etmədikləri üçün öldürdü və həmin gecə Malikin həyat yoldaşı ilə zina etdi. Ömər bu hadisəni eşitdikdə dedi: -Səni daş qalaq edəcəyəm. Amma bu işi yerinə yetirmədi?[6]
Əbu Bəkr onu Bəni Salim qəbiləsinə göndərdi. O da qəbilənin kişilərindən bir hissəsini bir yerə toplayaraq odda yandırdı.[7]
Mənbələr
[1] Müctəhid Bircəndi – Vəqayiuş-şuhur, səh 91
[2] İbn Əsir – Əsədul-ğabə fi mərifətis-səhabə, c 2, səh 96
[3] Firuzabadi – Səbətun minəs-sələf, səh 337, 341, Əbu Əbdillah Buxari Cufi – Səhih, c 5, səh 107, İbn Əsir – Əsədul-ğabə fi mərifətis-səhabə, c 2, səh 94
[4] Firuzabadi – Səbətun minəs-sələf, səh 342, 345
[5] İbn Əbil Hədid – Şəhri Nəhcül Bəlağə, c 13, səh 302, 303
[6] Firuzabadi – Səbətun minəs-sələf, səh 346, 348, İbn Əbil Hədid – Şəhri Nəhcül Bəlağə, c 1, səh 179
[7] Firuzabadi – Səbətun minəs-sələf, səh 347




