Vəhy evinə hücum
Vəhy evinə hücum
Bu gün Əli (ə) Peyğəmbəri (s) qüsl, kəfən və dəfn etməklə məşğul olduğu zaman Həzrət Əmirəl-möminin (ə) evinə ilk hücum oldu. Qəsbkarlar Səqifədə idi. Rəbiul əvvəl ayının birinci gecəsi (üçüncü gün) o Həzrətin (s) mübarək bədəni dəfn olundu və Peyğəmbərin (s) vəsiyyətinə əsasən Quranı cəmləməyə başladı. Peyğəmbər (s) buyurmuşdu: -Əli can! Üç gün evdən bayıra çıxma və Quranı cəmlə...[14]
Bu günlərdə üç dəfə o Həzrətin (ə) evinə hücum olundu. Birinci hücum rəbiul əvvəl ayının birinci günü olub. Onlar beyət almağa gəlmişdirlər. O Həzrət (ə) buyurdu: -And içmişəm, Quranı toplamamış evdən bayıra çıxmayacağam. Onlar qayıdıb getdilər. Ondan sonra Əmirəl-möminin (ə) gecələr Fatiməni (ə), Həsən və Hüseyni (ə) əshabların qapısına apararaq kömək istəyirdi.[15]
İkinci dəfə Peyğəmbərin (s) dəfn olunmasından yeddi gün sonra hücum etdilər. Həmin gün Zübeyr və digərləri Əmirəl-mömininin (ə) evində toplaşmışdılar. O gün Zübeyr qılıncını çəkərək Öməri öldürmək istəyirdi.[16]
Üçüncü dəfə Həzrətin (ə) evinə hücum etdikdə, evin qapısını yandırıb Fatiməni (ə) qapı arxasında qoydular, Həzrət Möhsünü (ə) öldürdülər, Əmirəl-möminini (ə) əli bağlı olan halda evdən bayıra çıxardılar. [17]
Mənbələr
[14] Əbul Qasim Fərat ibn İbrahim Kufi - Təfsiri Fərat, səh 398, Şeyx Səduq – Tövhid, səh 73
[15] Məhəmməd Baqir Ənsari – Kitabi Səlim ibn Qeys Hilali, səh 128, Təbərsi – Ehticac, səh 75, 190
[16] Şeyx Səduq – Tövhid, səh 73, Təbərsi – Ehticac, c 1, səh 95-111, Əllamə Məclisi – Biharul-ənvar, c 28, səh 321
[17] Məhəmməd Baqir Ənsari – Kitabi Səlim ibn Qeys Hilali, səh 82, 249, Şeyx Müfid – Əl-cəməl, səh 117, İbn Əsir – Kamil, c 2, səh 326, Məhəmməd ibn Cərir Təbəri – Tarixul-uləm vəl-muluk, c 3, səh 203




