Digər Hicri-qəməri: 24 Zilhiccə Miladi:

Üzük hədiyyə olunan gün

Üzük hədiyyə olunan gün

Bu gün Əmirəlmöminin (ə) məsciddə ruku halında öz üzüyünü dilənçiyə bağışlardı. Bu barədə Maidə surəsinin 55-ci ayəsi nazil oldu.[3]

Bu ayənin mənası barədə Əmirəl-möminindən (ə) soruşduqda buyurdu: -Allahın nemətini tanıyır, sonra onu inkar edirlər. Bu ayə nazil olduqda Peyğəmbərin (s) səhabələrindən bir dəstəsi məscidə cəm olub, bir-birinə dedilər ki, bu barədə nə deyirsiz? Bəziləri belə dedilər: -Əgər bu ayəni inkar etsək, digər ayələri də inkar etməliyik. Əgər bu ayəyə iman gətirsək və qəbul etsək, bu, bizim üçün zillətdir. Çünki, Əli ibn Əbu Talib (ə) bizə müsəllət olacaq. Münafiqlərdən bəzisi dedi: -Biz bilirik ki, Məhəmməd (s) dediyində sadiqdir. Zahirdə onu sevirik, amma Əli barədə əmr etdiyi şeylərə itaət etmirik.

Əli ibn Əbu Talibdən (ə) başqa heç kim eyni zamanda iki ibadəti, malı və bədəni ibadəti bir yerdə etməyə nail olmayıb. Əli (ə) barəsində gələn fəzilətlər heç kimin barəsində gəlməyib.

Mənbələr

[3] Maidə surəsi, 55-ci ayə

Teqlər