Digər Hicri-qəməri: 26 Səfər Miladi:

Üsamənin ordusunun hazırlanması

Üsamənin ordusunun hazırlanması

Hicrətin 11-ci ili bu günü Peyğəmbər (s) səhabələrdən bir qismini, o cümlədən Əbu Bəkri, Öməri, Osmanı orduya daxil edərək əmr etdi ki, Üsamə ibn Zeydin başçılıqı ilə Rumlularla müharibəyə getsinlər. Onlar bu işdən çəkinərək, orduya Üsamənin başçılıq etməsini qəbul etməyib Peyğəmbərə (s) etiraz etdilər.

Həzrət (s) buyurdu: -Allah lənət etsin o kəsə ki, Üsamənin ordusundan yayınır![1]

Amma bütün bunlara baxmayaraq Əbu Bəkr, Ömər və Osman orduya qatılmayıb geri qayıtdılar.

Mənbələr

[1] Əllamə Məclisi – Biharul-ənvar, c 30, səh 428, c 21, səh 410, İbn Səd – Təbəqat, c 2, səh 136, Əllamə Əli Nəmazi Şəhrudi – Mustədrəku səfinətil-bihar, c 6, səh 295

Teqlər