Digər Hicri-qəməri: 9 Məhərrəm Miladi:

Ümmül Bəninin övladları üçün amannamənin gəlməsi

Ümmül Bəninin övladları üçün amannamənin gəlməsi

Bu gün məlun Şimr, Həzrət Abbas (ə) və qardaşları üçün amannamə gətirdi.[2] O lənətlənmiş özünü Həzrət Hüseynin (ə) xeyməsinə yaxınlaşdıraraq səsini ucaltdı:

«Bizim bacı oğlanları haradadır?»

Amma böyük məqama sahib olanlar cavab vermədilər.

İmam Hüseyn buyurdu: «Fasiq olsa da belə, onun cavabını verin.»

Həzrət Abbas (ə) onun cavabında buyurdu: «Nə deyirsən?»

Şimr dedi: «Mən Əmir tərəfindən sizin üçün amannamə gətirmişəm. Siz Hüseynə (ə) xatir özünüzü ölümə verməyin».

Həzrət Abbas (ə) uca səslə buyurdu: «Allahın lənəti sənə, əmirinə və amannamənə olsun. Bir halda ki, mənə aman verirsiz, Allahın Rəsulunun (s) oğluna aman yoxdur?!»[3]

Mənbələr

[2] Təbərsi – Elamul-vəra, c 1, səh 455, Mühəddis Qumi - Feyzul-əlam, səh 146, Əllamə Məclisi – Biharul-ənvar, c 44, səh 361

[3] Seyyid Məhəmməd Cavad Zehri Tehrani – Əz Mədinə ta Mədinə, səh 381-382

Teqlər