Vəfat Hicri-qəməri: 10 Məhərrəm Miladi:

Ümmi Sələmənin vəfatı

Ümmi Sələmənin vəfatı

Hicri tarixi ilə 62-63-cü illər arasmnda bu gündə Peyğəmbərin həyat yoldaşı Ümmi Sələmə vəfat edib.[10]

Adı Hind, atası Əbu Üməyyə, anası isə Əbdul Müttəlibin qızı Atikə idi. Birinci həyat yoldaşı xalası oğlu Əbu Səlmət ibn Əbdül Əsəd ibn Müğəyrə olub. İslamı qəbul etdikdən sonra həyat yoldaşı ilə bərabər Həbəşəyə hicrət etdilər. Əbu Səlmət Həbəşədən qayıtdıqdan sonra Ühüd müharibəsində aldığı yaradan bir müddət sonra şəhid oldu.

Səlmə, Ömər, Zeynəb və Dürrə onun övladlarıdır. Ömər Əmirəlmömininin (ə) bütün müharibələrində iştirak edib. Bir müddət o Həzrət (ə) tərəfdən Bəhreynin valisi olub.

Həyat yoldaşının ölümündən bir müddət sonra Ümmi Sələmənin iddə vaxtı başa catdı. Əbu Bəkr və Ömər ayrı-ayrılıqda onu almaq istədilər. Amma Ümmi Sələmə qəbul etmədi. Hicrətin dördüncu ilində Peyğəmbər (s) ona evlənmək təklif etdikdə qəbul etdi. Öz oğlu Ömər ibn Əbu Səlmətə dedi: Əqdi oxu.

Aişə Peyğəmbərin (s) Ümmə Sələməni aldığını gördükdə çox narahat oldu. Çünki Ümmi Sələmə çox gözəl idi.

Aişə Həfsəyə dedi: «Ümmi Sələmə nə qədər gözəldir!»

İnanmadığı üçün Ümmi Sələməni özü gördü. Elə buna görə də bu iki nəfərin həsədi Ümmi Sələməyə qarşı daha çox idi.

Ümmi Sələmənin bəzi xüsusiyyətləri var idi ki, Xədicədən (ə) başqa Peyğəmbərin (s) başqa qadınlarından seçilirdi.

1. Dəfələrlə Ümmi Sələmə Aişəyə nəsihət edirdi ki, Əliyə (ə) itaət etsin. Amma o, qəbul etmirdi. O, Həzrətin (ə) məqam və fəzilətlərini Aişə üçün danışırdı, amma qəbul etmirdi. Beləki, oğlu Ömər ibn Əbu Səlməti bir məktubla Əmirəlmöminin Əlinin (ə) yanına göndərdi. Orada xəbər verirdi ki, Aişə Bəsrəyə tərəf hərəkət edibdir...

2. Ümmi Sələmə şəhadət verdi ki, Aişə Əmirəlmöminin Əlinin (ə) düşmənidir.

3. Ümmi Sələmə eşitmişdi ki, azad etdiklərindən biri Əmirəlmöminin Əliyə (ə) nalayiq sözlər deyib. Onu çağırıb Peyğəmbərdən (s) eşitdiyi Həzrət Əlinin (ə) məqam və fəzilətlərindən o qədər danışdı ki, o şəxs tövbə etdi.

4. Ümmi Sələmə Əbu Bəkrin «Nəhnu məaşirəl əlbiya la nuvərris...» hədisini yalandan Peyğəmbərə (s) nisbət verdiyi üçün təkzib etdi.

5. Həzrət Əli (ə) Cəməl müharibəsinə hərəkətə başladıqda Ümmi Sələmə oğlu Ömər ibn Əbu Səlməti o Həzrətə (ə) kömək etmək üçün göndərib buyurdu: «Əgər Peyğəmbər (s) həyat yoldaşlarına evdə oturmağı göstəriş verməsəydi, mən də gələrdim və sizə kömək etməkdən çəkinməzdim».

6. Xədicəyi-Kubranın (ə) vəfatından sonra Həzrət Zəhra (ə) Fatimə bitdi Əsədlə (ə) çox yaxın idi. Onun vəfatından sonra isə, Peyğəmbər (s) tərəfindən Ümmi Sələməyə tapşırıldı. Aişə bunu eşitdikdə çox hirsləndi.

Ümmi Sələmə dedi: «Camaat elə güman edir ki, mən Fatimənin (ə) müəllimiyəm! Allaha and olsun ki, o, mənim müəllimimdir».

7. Bir gün Peyğəmbər (s) qoyun dərisi istədi, bəzi mətləblər buyurdu və Həzrət Əmirəlmöminin Əli (ə) yazdı. Sonra o dərini Ümmi Sələməyə verərək buyurdu: «Hər kim məndən sonra filan, filan nişanələri sənə versə, bu dərini ona təhvil ver».

O üç nəfərdə bu nişanələr yox idi. Ümmi Sələmə o dərini Əmirəlmömininin (ə) zahiri xilafətində ona verdi. Bütün nişanələr o Həzrətdə (ə) cəmlənmişdi.

8. İmam Hüseyn (ə) Mədinədən Məkkəyə hərəkət etmək istədikdə Ümmi Sələmə onun yanına gələrək Peyğəmbərdən (s) onun (ə) şəhadət xəbərini eşitdiyini çox kədərli halda danışdı. İmam Hüseyn (ə) özünün və əshabının şəhadət və dəfn olduğu yeri möcüzə ilə göstərdi. Sonra o pak torpağın qalığını Ümmi Sələməyə verdi və Aşura gününə qədər torpaq onun yanında qaldı. Aşura günü Ümmi Sələmə Peyğəmbəri (s) toz-torpaq içində yuxuda görüb dedi: «Ya Rəsuləllah, sizi niyə belə halda gorürəm?»

Həzrət (ə) buyurdu: «Ey Ümmi Sələmə, mənim Hüseynimi (ə) öldürdülər. Dünən gecə onun və səhabələri üçün qəbir qazırdım».

Yuxudan ayıldıqda gördü ki, Peyğəmbərin (s) və İmam Hüseynin (ə) ona verdiyi torpaq təzə qana cevrilib.[11]

Mənbələr

[10] Əllamə Əli Nəmazi Şəhrudi – Mustədrəku səfinətil-bihar, c 5, səh 10

[11]Zəbihullah Məhəllati – Rəyahinuş-şəriə, c 2, səh 283-305

Teqlər