Vəfat Hicri-qəməri: 21 Cəmadiyəs-sani Miladi:

Ümmi Külsümün (ə) vəfatı

Ümmi Külsümün (ə) vəfatı

Cənab Ümmü Külsüm (ə) Kərbəladan Mədinəyə qayıtdıqdan 4 ay sonra dünyadan köçdü.[1] Atası Əmirəl-möminin (ə), anası isə Həzrət Zəhradır (ə)[2] «Rəyahinuş-şəriə» kitabının sahibi «Əyanuş-şiə» kitabından nəql edərək buyurur: «Əmirəl-möminin (ə) onu Övn ibn Cəfər Təyyarla evləndirdi».[3]

Ümmi Külsümun (ə) Ovn ibn Cəfər Təyyarla (ə) yox, başqa birisi ilə evlənməsi əhvalatını müxaliflər uydurublar.

O Həzrət (ə) Kərbəlada iştirak edib. İmam Hüseynin (ə), Əhlibeytin (ə) və səhabələrin şəhadətindən sonra bacısı Zeynəbin (ə) yanında qadınları və yetimləri himayə edirdi. Onun Kərbəlada qardaş ayrılığı barəsində söylədiyi şeirlər ürək yandırıcıdır.

Aşura hadisəsindən sonra qadınlar Kufəyə və Şama əsir aparıldıqda Həzrət (ə) Kufədə və İbn Ziyadın məclisində xütbə söylədi, Qadisiyyə və Qənsəriyyə adlı yerlərdə şeirlər oxudu, Subur və Bəəlbəkdəki dualarının təsiri, Şam darvazasının girəcəyində Şimrlə danışığı, ərbəində və Mədinəyə qayıtdıqda oxuduğu mərsiyələr onun səbrinə, şücaətinə və əzəmətinə sübutdur.

Nəhayət Mədinəyə qayıtdıqdan 4 ay sonra Kərbəla müsibətləri, İmam Hüseynin (ə) şəhadətinin əmələ gətirdiyi qəm-qüssə onun qəlbinə dolmuşdu. Ürəyi qəm-kədərlə dolu halda dünyadan köçdü. Mədinədə dəfn olundu. Başqa bir rəvayətdə bildirilir ki, o Həzrət (ə) cəmadis-sani ayının sonunda dünyadan köçüb.[4]

Mənbələr

[1] Müctəhid Bircəndi – Vəqayiuş-şuhur, səh 140

[2] Sibt ibn Covzi – Təzkirətul-xəvass, səh 75

[3] Zəbihullah Məhəllati – Rəyahinuş-şəriə, c 3, səh 245

[4] Zəbihullah Məhəllati – Rəyahinuş-şəriə, c 3, səh 244-256

Teqlər