Digər Hicri-qəməri: 1 Rəbiüs-sani Miladi:

Təvvabinin qiyamı

Təvvabinin qiyamı

Hicrətin 65-ci ilində bu gün Süleyman ibn Sərd Təvvabinlərdən bir qrup insanlarla İmam Hüseynin (ə) qanını almaq üçün qiyam etdilər.[1]

Onlar rəbius-sani ayının 2-də Kufənin «Nüxəylə» adlı məntəqəsindən İbn Ziyadla döyüşmək üçün hərəkət etməyə başladılar. Ayın 5-i, cümə gecəsi Kufədən çıxıb səhəri gün İmam Hüseynin (ə) məzarına çatdılar. Bir və ya üç gecə-gündüz Kərbəlada qaldılar, ağlayaraq istiğfar edib nalə çəkdilər. Elə ağlayırdılar ki, onların səsi çox ucadan eşidilirdi. Səhrada bu vaxta qədər belə səs eşidilməmişdi.

Vidalaşanda İmam Hüseynin (ə) məzarının ətrafındakı insan toplumu Kəbənin ətrafında təvaf edən kütləyə bənzəyirdi. Hamı nohə oxuyur, ağlayırdı. Həzrətlə vidalaşaraq özlərini İbn Ziyadla döyüşə hazırlayırdılar.[2]

Süleyman - Əli ibn Talibin (ə), İmam Həsənin (a) və İmam Hüseynin (ə) şiələrindən idi. O, bütün müharibələrdə Əlinin (ə) ordusunda döyüşmüşdü. Süleyman öz ordusu ilə birlikdə İbn Ziyadın ordusu ilə müharibəyə başladı. Çoxlu mübarizədən sonra onların bir çoxu öldürüldü. Süleyman da 93 yaşında şəhadətə çatdı.[3] Süleymanın səhabələrindən yalnız 27 nəfər yorğun, susuz və yaralı halda canını qoruya bildi. Qalanlar hamısı şəhadətə çatdılar.[4]

Həsin ibn Nəmir, Malik Əştər Nəxəinin oğlu İbrahimin əli ilə öldürülərək cəhənnəmə vasil oldu.[5]

Mənbələr

[1] Əllamə Əli Nəmazi Şəhrudi - Mustədrəku səfinətil-bihar, c 4, səh 68

[2] Əllamə Məclisi - Biharul-ənvar, c 45, səh 359

[3] Zəbihullah Məhəllati - Qəlaidun- nehvər, Rəbis-sani cildi, səh 168

[4] Bu əhvalat barədə geniş məlumat əldə etmək istəyənlər Rövzətu-səfa, Nasixut-təvarix və Qəlaidun-nehvər kitabının Rəbius-sani kitablarına müraciət edə bilərlər.

[5] Zəbihullah Məhəllati - Qəlaidun- nehvər, Rəbis-sani cildi, səh 191

Teqlər