Təbuk müharibəsi
Təbuk müharibəsi
Hicrətin 9-ci ili mübarək ramazan ayının 1-də Təbuk müharibəsi baş verdi.[6] Bu müharibəyə Fazihə də deyirlər. Çünki, Əqəbədə Peyğəmbəri (s) öldürmək istəyənlər və Mədinə münafiqləri rüsvay olmuşdular. Təbuk müharibəsində iştirak edən orduya «Ceyşul-usrət» deyirlər. Çünki, müsəlmanlar çətinlik və çoxlu zəhmətlə, məhsulun yığım vaxtında müharibəyə getmişdilər.
Ordu rəcəb ayında hərəkətə başladı. 30 min nəfərdən yalnız min nəfərin miniyi var idi. Peyğəmbər (s) buyurardı: «Özünüzlə çoxlu ayaqqabı aparın». Yolda iki nəfər bir xurma yeməklə kifayətlənirdi. Su da az idi. Bu döyüşdə Həzrətlə (s) bərabər bir qrup qadın da iştirak edirdi.
Mədinə münafiqlərindən 32 nəfər üzr gətirərək müharibəyə getmədilər, Mədinədə qalaraq Həzrət (s) burada olmadıqda evini qarət edib ailəsini Mədinədən çıxarmaq istəyirdilər. Bunun üçün Peyğəmbər (s) Əlini (ə) Mədinədə öz yerinə xəlifə seçdi. Bu zaman münafiqlərin dediyi kəlmələr Əlini (ə) narahat etdi. Peyğəmbər (s) ona buyurdu: «Razı deyilsən mənə Harunun Musaya olan nisbəti kimi olasan? Təkcə bir fərqlə ki, məndən sonra peyğəmbər gəlməyəcək».
Təbukdan qayıdarkən Həzrətlə bərabər olan 40 nəfər münafiq belə qərara gəlirlər ki, Həzrətin (s) dəvəsini yüksəklikdə hürküdüb Peyğəmbəri (s) yerə yıxmaqla öldürsünlər. Bu plan icra olunanda həzrətin dəvəsi bir addım belə atmadı və münafiqlərin hiyləsi baş tutmadı. Allah Təala Peyğəmbərin (s) müqəddəs vücudunu qorudu.[7]
Digər tərəfdən Mədinədə qalan münafiqlər Əlini (ə) öldürmək istəyirdilər. Onlar Mədinənin yolu üstə böyük bir çala qazıb üstünü həsirlə örtdülər. Bela ki, Əli (a) Peyğəməbəri (s) qarşılamağa çıxdıqda ora yıxıldıqdan sonra onun üstünə tökülüb, onu öldürmək istəyirdilər. Amma onun atı ora çatdıqda hərəkət etmədi və yenə də münafiqdərin hiyləsi batil oldu.[8] Təbukda döyüş baş vermədi. Həzrət (s) ordu ilə bərabər Mədinəyə qayıtdı.[9] Bu hadisənin rəcəb ayında baş verdiyini də nəql ediblər.[10]
Mənbələr
[6] Müctəhid Bircəndi - Vəqayiuş-şuhur, səh 158
[7] Molla Haşim Xorasani - Müntəxəbut-təvarix, səh 61, Məhəmməd Hirzuddin - Məraqdul-məarif, c 1, səh 91, 93
[8] Molla Haşim Xorasani - Müntəxəbut-təvarix, səh 60
[9] Mühəddis Qumi - Müntəhal-amal, c 1, səh 91
[10] Əllamə Məclisi - Biharul-ənvar, c 21, səh 245




