Digər Hicri-qəməri: 12 Səfər Miladi:

Siffeyndə Həkəmeyn

Siffeyndə Həkəmeyn

[1]

Hicrətin 38-ci ilində Səfər ayının 12-də və ya 13-də[2] sübh vaxtı Əmirəl-möminin (ə) ordusu döyüşə hazırlaşdı. Amma Əmr As hiylə işlədərək göstəriş verdi ki, Quranları nizələrə vursunlar. Küfr ordusu Quran vərəqlərini nizələrə vuraraq fəryad etdilər: «La hukmə illa lillah». (Allahın hökmündən başqa hökm yoxdur!)

Əşəs ibn Qeys kimi münafiqlər Həzrətin (ə) ordusunun ruhiyyəsini zəiflədərək, onları Həkəmeyn məsələsini seçməyə həvəsləndirdi. Əmirəl-möminin Əli (ə) nə qədər «Mən natiqi Quranam. Bu, bir hiylədir» desə də nəticə vermədi. Nəhayət belə qərara gəlindi ki, hər bir ordu tərəfindən bir hakim müəyyənləşsin. Hər iki tərəf onların hökmünü qəbul edəcək. Müaviyyə Əmr Ası seçdi. Əmirəl-möminin (ə) buyurdu: «Məcbur qaldığımız sürətdə Əbdullah ibn Abbas, əks halda Malik ibn Əştər Nəxəi hakim olsun»

Əşəs və bir qrup hafizlər, qarilər (bunlar sonradan xəvaric oldular) bu iki nəfərin heç birini qəbul etmədilər. Dedilər: «Yalnız Əbdullah ibn Qeys (yəni Əbu Musa Əşəri) olsun»

Münafiqlərin nifaqı nəticə verdi. Əmr As və Əbu Musa Əşəri Mədinə ilə Şam arasında yerləşən «Dümətul-cəndəl» adlı qalada görüşdülər. Hər ikisi Bəni Haşimə xüsusi ilə Həzrət Əliyə (ə) ədavət bəslədiyirdilər. Əmr Asın hiyləsi ilə Həzrəti (ə) zahirən xilafətdən uzaqlaşdırdılar. Əbu Musa Qədir Xum hadisəsindən sonra Əqəbə gecəsində Peyğəmbəri (s) öldürmək istəyən münafiqlərdən biri idi.[3]

Həmin günü səhəri insanların arasında Əbu Musa Əmr Əsa dedi: - Sən qalx və Müaviyəni imarətdən uzaqlaşdır. Sonra mən Əmirəl-möminini (ə) uzaqlaşdırım.

Əmr As dedi: -Mən heç vaxt səni qabaqlaya bilmərəm! Sən Əbu Bəkrin, Ömərin yanında olmusan. İmanda və hicrətdə məndən öndəsən.

İbn Abbas dedi: -Əbu Musa! Nabiğənin oğlu səni aldatmasın.

Əbu Musa İbn Abbasın sözunə qulaq asmayaraq ayağa qalxdı. Barmağından üzüyü çıxarıb dedi: -Mən Əli və Müaviyəni xilafətdən uzaqlaşdırdım.

Bunu deyib sakit dayandı.

Məlun Əmr As ayağa qalxıb dedi: -Camaat eşitdiz ki, Əbu Musa Əşəri Əlini (ə) xilafətdən uzaqlaşdırdı. Mən də onu xilafətdən uzaqlaşdırıb Müaviyə ibn Əbu Süfyanı xəlifə seçdim. O, buna daha laiqdir. Mən Müaviyəni xəlifə seçdiyim kimi üzüyü barmağıma salıram!

Hakimlər avamcasına aldandıqları üçün birbirilərinə çoxlu söyüş və nalayiq sözlər deyib əlbəyaxa oldular. Şüreyh Qazi Əmr Asa şallaq vurdu. Əbu Musa Əşəri Həzrətin (ə) əshabının qorxusundan Məkkəyə pənah apardı. Bütün bunları Dumətul-Cəndəldə Peyğəmbər (s) Əbu Musaya xəbər verərək buyurmuşdu: «Dümətul-cəndəldəki hakimlər yollarını azıblar. Onlara tabe olanları da azdırırlar.» [4]

Bu hadisədən sonra Əmirəl-möminin Əli (ə) nafilə namazlarının qunutunda Əbu Musa Əşərini və üç nəfər başqasını belə lənətlədi, «Allahumələn Muaviyətə və Əmrən və əbəl əvəris-səlma və əba Musəl-Əşəri»[5]

Mənbələr

[1] Zəbihullah Məhəllati – Qəlaidun- nehvər, Məhərrəm və Səfər cildi, səh 385,

[2] Əllamə Əli Nəmazi Şəhrudi – Mustədrəku səfinətil-bihar, c 6, səh 294

[3] İbn Əbil Hədid – Şəhri Nəhcül Bəlağə, c 13, səh 314, 315

[4] Molla Haşim Xorasani – Müntəxəbut-təvarix, səh 167, Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 30-31, İbn Əbil Hədid – Şəhri Nəhcül Bəlağə, c 13, səh 315

[5] İbn Əbil Hədid – Şəhri Nəhcül Bəlağə, c 13, səh 315

Teqlər