Siffeyn müharibəsinin başlanması
Siffeyn müharibəsinin başlanması[4]
Məhərrəm ayında Həzrət Əlinin (ə) Müaviyəyə yazdığı məktublar və moizələrin nəticəsiz qalması hicrətin 38-ci ilində, səfər ayının əvvəlində, çərşənbə günü Əmirəl-mömininin (ə) ordusunun Şam ordusunun qarşısında səf çəkməsi ilə nəticələndi. Həzrətin (ə) ordusu 90 min nəfər, Müaviyənin ordusu isə 85 min nəfərdən ibarət idi.[5]
Küfr ordusu suyu Həzrət Əlinin (ə) ordusunun üzünə bağladı. İmam Hüseynin (ə) vasitəsi ilə suyu ələ keçirən Həzrət Əli (ə) Müaviyənin ordusunun sudan istifadə etməsinə manecilik törətmədi.
Səhabələrin bir qisminin şəhadətindən sonra, Həzrət (ə) Rəbiə tayfasından olan 10 min nəfərlə Müaviyənin ordusuna hücum etdi. Onları darmadağın etdikdən sonra Müaviyənin qərargahına çatdılar.
Həzrət Əli (ə) buyurdu: «Ey Müaviyə, niyə insanları öldürürsən? Gəl mənimlə mübarizə et, hər kim ölsə, xilafət o birinin olsun!»
Əmr As Müaviyəyə dedi: «Əli səninlə insafla danışdı».
Müaviyə dedi: «Amma sən bu məsləhətdə insaf etmədin. Hər kim onun qarşısına çıxsa, geri qayıtmaz!»
Elə buna görə Müaviyə Əmr Ası məcburi sürətdə Həzrətlə (ə) döyüşməyə göndərdi. Həzrət (ə) onu tanıyan kimi qılıncı qaldıraraq Əmr Ası cəhənnəmə göndərmək istədi. Amma Əmr As hiyləyə əl ataraq övrətini açdı. Həzrət o bihəyadan üz döndərdi və xəbis qaçdı.
Sonda hiylə ilə Quranın bir neçə vərəqini nizəyə vurdular və Həkəmeyn əhvalatı baş verdi.
Mənbələr
[4] Zəbihullah Məhəllati – Qəlaidun- nehvər, Məhərrəm və Səfər cildi, səh 339, Şeyx Bəhauddin Amuli – Tovzihul-məqasid, səh 5, Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 24-29, Mühəddis Qumi - Feyzul-əlam, səh 176
[5] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 23




