Digər Hicri-qəməri: 11 Səfər Miladi:

Siffeyn döyüşündə «Leylətul-hərir»

Siffeyn döyüşündə «Leylətul-hərir»

Hicrətin 38-ci ilində səfər ayının 11-də cümə gecəsi, Siffeyn döyüşünün sonunda «leylətul-hərir» döyüşü baş verdi. O gecə Müaviyənin ordusu soyuqluqdan it kimi səs çıxarırdı. Hərir - it səsinə deyirlər.

Əmirəl-möminin (ə) Peyğəmbərin (s) atına minərək əlində Zülfüqarla döyüşürdü. Vurduqu hər bir qılıncda təkbir deyərək döyüşcüləri bir-bir yerə salırdı. Nəql olunana əsasən həmin gecə Həzrət Əli (ə) 500 nəfərdən artıq düşməni qətlə yetirib. Sübhə kimi döyüş davam etdi. Hətta Zülfüqar bir neçə dəfə əyildi. Həzrət (ə) mübarək dizi ilə onu düzəltdi.

Bu döyüşdə Əmirəl-möminin (ə) ordusunun bir qismi şəhadətə çatdı. Əmirəl-mömininin (ə) seçilmiş səhabələrindən olan Əmmar Yasir, Üveys Qərani, Haşim Mərqal, Haşimin oğlu, Xuzeymə ibn Sabit, Səfvan ibn Hüzeyfə, Əbdullah ibn Bədil, Malik Əştərin qardaşı Əbdullah ibn Harisdə şəhid oldu.

Müaviyənin ordusunun böyük bir qismi cəhənnəmə vasil oldu. Bu müharibə 14 ay davam etdi.[1] Sonda Əmr Asın hiyləsi və bəzilərinin (məsələn Əşəs ibn Qeys və s.) nifaq salması üzündən iş Həkəmiyyətə çəkildi.

Mənbələr

[1] Molla Haşim Xorasani – Müntəxəbut-təvarix, səh 163, 164

Teqlər