Digər Hicri-qəməri: 1 Məhərrəm Miladi:

Şeybi Əbi Talibin (ə) əhvalatı

Şeybi Əbi Talibin (ə) əhvalatı

Peyğəmbərlərin (s) besətindən sonra İslamın qüdrətlənməsinin qarşısını almaq üçün Qureyşlilər əhd bağladılar ki, Bəni Haşimlə danışmasınlar, onlarla səfərə getməsinlər, oturub-durmasınlar və alver etməsinlər. Onları bu yolla çətinliyə salırdılar ki, Peyğəmbəri (s) Qureyşlilərə təhvil versinlər. Onlar Peyğəmbəri (s) öldürmək istəyirdilər. Həzrət Əbu Talib (ə) Bəni Haşimi özünə məxsus olan bir dərəyə apardı. Onun ətrafını möhkəmləndirərək Peyğəmbərin (s) canını qorumaq üçün gecə-gündüz əlindən gələni etdi.

Həzrət gecələr qılıncla pərvanə kimi Peyğəmbərin (s) ətrafında fırlanır və buyururdu: -Nə qədər ki, sağam ona kömək etməkdən əl çəkməyəcəyəm.

O, hər gecə bir neçə dəfə Peyğəmbərin (s) yataq yerini dəyişir, ən əziz oğlu Əmirəl-möminin Həzrət Əlini (ə) onun yerində yatırdırdı. Gündüz isə öz oğlanlarını və qardaş oğullarını o Həzrətin (ə) canını qorumaq üçün seçirdi. Bu yerdə olduqları müddət ərzində O, Həzrət (ə) və müsəlmanlar üçün çox çətin keçdi. Belə ki, gecələr Bəni Haşim uşaqlarının aclıqdan ağlamasını ətrafdakı sakinlər eşidirdilər.

İki il bir neçə aydan sonra Allah qarışqanı məmur seçərək onların əhdnamə kağızını aradan apararaq məhv etdi. Yalnız Allahın adları o yazıda qalmışdı. Həzrət Əbu Talib (ə) bu xəbəri kafirlərə çatdırdı. Onlar bu möcüzəni görməklə öz qərarlarından əl çəkdilər. Bəni Haşimilər öz evlərinə geri döndülər.[2]

Mənbələr

[2] Zəbihullah Məhəllati – Qəlaidun- nehvər, Məhərrəm və səfər cildi, səh 9, Məhəmməd Baqir Məlbubi – Əl-vəqayə vəl-həvadis, c 2, səh 7

Teqlər