«Şəqqul-qəmər» hadisəsi
«Şəqqul-qəmər» hadisəsi
Zilhiccənin 14-cü gecəsi Peyğəmbər (s) Məkkədə möcüzə ilə ayı iki yerə böldü.[1] Bəzilərinin nəql etdiyinə əsasən bu hadisə zilhiccənin 18-ci gecəsində baş verib. Qüreyşlilər Həzrətdən (s) möcüzə istədilər. Peyğəmbər (s) barmağı ilə aya işarə etdikdə ilahi qüdrətlə ay iki hissəyə bölünüb, yenidən birləşdi və ayə nazil oldu.
Əbu Cəhl dedi: «Bu, sehrdir!» Adam göndərib başqa şəhərlərdən də soruşun ki, onlar da ayın bölünməsini görüb? Digər şəhərlərdən soruşduqda onlar bildirdilər ki, ayın yarısı Kəbə evinin arxasına, yarısı isə Əbu Qübeys dağına düşdü.[2]
Mənbələr
[1] Mühəddis Qumi - Feyzul-əlam, səh 120, Zəbihullah Məhəllati - Rəyahinuş-şəriə, c 2, səh 257
[2] Əllamə Məclisi - Biharul-ənvar, c 17, səh 350, 353, Əllamə Məclisi - Həqqul-yəqin, səh 28




