Səviq müharibəsi
Səviq müharibəsi
Hicrətin 2-ci ili bu ayda Səviq müharibəsi baş verib.[1] Bədr müharibəsindən sonra Əbu Süfyan nəzr etdi ki, Peyğəmbərdən (s) qisasını almayınca heç bir qadınla yaxınlıq etməyib özünə yağ sürtməyəcək. Bu məqsədlə 200 nəfərlə birlikdə Mədinənin yaxınlığındakı ərazilərə gedib iki evi və bir neçə xurmalığı yandırıb, iki ənsarı orada öldürdü. O, öz nəzrinə əməl etdi.
Xəbər Peyğəmbərə (s) çatdıqda Əbu Ləbabəni Mədinədə qoyub 200 nəfər mühacir və ənsarla birlikdə ora getdi. Əli də (ə) Peyğəmbərlə (s) idi.
Əbu Süfyan Peyğəmbərin (s) ora gəldiyini eşitdikdə öz ordusuna göstəriş verdi ki, özləri üçün azuqə götürdükləri Səviq anbanlarını atıb qaçsınlar. Müsəlmanlar ora çatdıqda onlar artıq qaçmışdılar. Buna görə bu müharibə «Zatus Səviq» adlandı.[2]
Mənbələr
[1] Əllamə Məclisi - Biharul-ənvar, c 20, səh 2-3, Şəblənci Şafei - Nurul-əbsar, c 1, səh 82
[2] Mühəddis Qumi - Müntəhal-amal, c 1, səh 58




