Şəhadət Hicri-qəməri: 30 Şəban Miladi:

Səid ibn Cübeyrin şəhadəti

Səid ibn Cübeyrin şəhadəti

Hicrətin 95-ci ili bu ayda Səid ibn Cübeyr Kufi Həccac ibn Yusifin əliylə şəhadətə çatdı[7]. Səid fəqih, zahid və abid bir şəxs idi. Həzrət Zeynəlabidinin (ə) yanında elm öyrənməyə nail olmuşdu. Əhlibeytə (ə) olan xalis etiqad və kamil məhəbbətinə görə İmam Zeynəlabidinin (ə) yanında xüsusi ehtirama malik idi. Həccac onu öldürmək istədikdə, dua etdi ki, ondan sonra heç kimi şəhid etməyə qadir olmasın. Allah onun duasını qəbul etdi. Həccac onu şəhid etdikdən 15 və ya 20 gün sonra xəstlikdən cəhənnəmə vasil oldu, bu neçə günün ərzində isə heç kimi öldürmədi. Səid şəhadətə çatanda 57 və ya 79 yaşı var idi. O, İraqda dəfn olundu. Qəbri Əhlibeyt (ə) sevərlərin ziyarətgahlarından biridir. Məqbərəsi günbəz, böyük həyət sahəsi və dörd qapıdan ibarətdir.

Bəzilərinin nəql etdiyinə əsasən Həccac Səidin şəhadətindən 15 gün, 20 gün və ya 40 gün sonra ölüb. Əgər Həccacın ölümü mübarək ramazan ayının 13-də olsa, Səidin şəhadəti şaban ayının 2, 3, 22, 23, 27 və ya 28-də ehtimal olunur. Amma onun şaban ayında şəhid olması dəqiqdir.

Mənbələr

[7] Məhəmməd Hirzuddin - Məraqidul-məarif, c 1, səh 350

Teqlər