Digər Hicri-qəməri: 9 Zilhiccə Miladi:

Qapıların bağlandığı gün

Qapıların bağlandığı gün

Bu gün Peyğəmbərin (s) əmri ilə səhabələrin Peyğəmbər (s) məscidinə tərəf olan bütün qapıları bağlandı. Yalnız Əlinin (ə) evinin qapısı ilahidən gələn xüsusi göstərişlə bağlanmadı.[7]

Səhabələrdən bəziləri dedilər: «Ya Rəsuləllah, niyə Əlinin (ə) evinin qapısından başqa bütün qapılar bağlandı?» Həzrət (s) buyurdu: «Mən ilahi vəhyə tabeyəm».

Digər rəvayətdə nəql olunub ki, Peyğəmbər (s) xütbə zamanı belə söylədi: «Ey camaat, Allah Təala Musa və Haruna əmr etdi ki, ev düzəltsinlər və əmr etdi ki, o evdə cunub şəxs qalmasın, Harun və onun nəslindən başqa qadınlar ora daxil olmasın. Əli ibni Əbu Talib (ə) mənə Harunun Musaya olan nisbəti kimidir. Qadınlardan heç kimə və cunuba halal deyil ki, mənim məscidimə daxil olsun. Bir dəstə qəlbən razı deyillər ki, Əli ibni Əbu Talib (ə) bütün vaxtlarda və hər bir halda məscidin sakini olsun. Bir halda ki, onlar çölə çıxıblar. Allaha and olsun ki, mən onları çıxarmamışam və Əlini (ə) mən məscidin sakini etməmişəm. Onları Allah çıxarıb və Əlini (ə) məscidin sakini edib. Onun məqamı mənim yanımda Harunun Musanın yanında məqamı kimidir». Sonra Əlinin (ə) fəzilətləri barədə kəlmələr buyurdu və əlavə etdi: «Hər kim bu mövzudan narahatdırsa, getsin ora». Bu sözü deyərkən əli ilə Şama tərəf işarə etdi.[8]

Mənbələr

[7] Şeyx Kəfəmi - Əl-Misbah, c 2, səh 600, Şeyx Bəhauddin Amuli - Tovzihul-məqasid, səh 30, Əllamə Məclisi - Biharul-ənvar, c 97, səh 384, Müctəhid Bircəndi - Vəqayiuş-şuhur, səh 226

[8] Şeyx Səduq - İləluş-şəraye, c 1, səh 262, Sibt ibn Covzi - Təzkirətul-xəvass, səh 46

Teqlər