Digər Hicri-qəməri: 1 Rəbiül-əvvəl Miladi:

Peyğəmbərin (s) mübarək bədəninin dəfn olunması

Peyğəmbərin (s) mübarək bədəninin dəfn olunması

Peyğəmbərin (s) mübarək bədənini Rəbiul əvvəl ayının birinci gecəsinin yarısında Əmirəl-möminin Əli (ə) dəfn etdi.[1] Bir tərəfdən Həzrətin (ə) vəfat etmə müsibəti digər tərəfdən insanların ona (qüsl, kəfən və dəfn edilməsinə) əhəmiyyət verməyərək laqeyd qalması Əmirəl-möminin (ə) mübarək ürəyinə çəkilən dağ idi.[2]

O acılı günləri xatırlayanda Həzrət (ə) buyurardı: - Peyğəmbərin (s) mübarək bədənini dəfn etməyib, ondan sonra xilafət və səltənət üçün münaqişə edəydim?[3]

Şeyx Müfid buyurur: -Bir çox insanlar o Həzrətin (s) dəfnində iştirak etmədilər və ona namaz qılmadılar. Ənsar və mühacirlər arasında xilafət məsələsi həll olunurdu.[4]

Əməş deyir: - Peyğəmbərləri (s) dünyadan köçmüşdü, camaatda qəm-kədər yox idi. Yalnız bir tayfa: -Əmir bizdən olacaq- deyir, digər tayfa isə deyir: -Əmir bizdən olacaq.[5]

Peyğəmbər (s) dünyadan getdikdə Muğeyrə Əbu Bəkrə və Ömərə xitab edərək dedi: -Əgər sonradan insanlarla işiniz olacaqsa, onları tapın. Elə buna görə Əbu Bəkr və Ömər, Peyğəmbərin (s) dəfnində iştirak etmədilər. Başqaları ilə birlikdə Səqifədə özləri üçün əmir seçirdilər. Peyğəmbərin (s) bədəninin yanına gəlmədilər. Həzrət (s) dəfn edildi.[6]

Əbdullah İbn Həsən deyir: -Allaha and olsun, Əbu Bəkr və Ömər, Peyğəmbərə (s) namaz qılmadılar və üç gün o Həzrətin (s) bədəni dəfn olunmadı. Bütün bunlara baxmayaraq Səqifədəkilər öz işləri ilə məşğul idilər.[7]

Həzrət Baqir (ə) buyurur: -İnsanlar birinci gün gündüz, ikinci gün gecə o Həzrətə (s) namaz qıldılar. Bütün insanlar hətta o Həzrətin (s) yaxınları da ona namaz qıldılar. Lakin Səqifədən heç kim o Həzrətin (s) qüslündə, kəfənində və dəfnində iştirak etmədi. Əmirəl-möminin Əli (ə) Bureydə Əsləmini onlara xəbər aparmaq üçün göndərdi. Amma etina etmədilər və o Həzrətin (s) dəfnindən sonra onların beyəti tamamlandı.[8]

Aişənin bu barədə dediyi bəzi şeylər çox maraqlıdır. O, deyir: -Allaha and olsun, biz Peyğəmbərin (s) dəfnindən xəbər tutmadıq. Üçüncü gün onun hücrəsindən yüksələn bel və külüng səslərini eşitdik (yəni dəfndən sonra anladıq).[9]

Xilafəti qəsb edərək hər şeyi unudanlardan soruşmaq lazımdır: "Görəsən Peyğəmbər (s) Səqifəni göstəriş vermişdi, yoxsa Qədir Xumu?" Görəsən Allah tərəfindən Səqifəni təşkil etmək əmri gəlmişdi, yoxsa Qədir Xumu? Görəsən Səqifədə müsəlmanların çoxlu şəhərlərindən iştirak edən var idi, yoxsa Qədir Xumda?Görəsən Səqifədə bütün insanlar iştirak edirdi, yoxsa Qədir Xumda? Qədir Xumda hətta qadınlar da beyət etmişdilər.

Mənbələr

[1] İbn Səd – Təbəqat, c 2, səh 78, Əhməd ibni Hənbəl – Müsnəd, c 6, səh 62, 242, 274, Əbu Bəkr Əhməd ibn Hüseyn ibn Əli Beyhəqi – Sünəni Beyhəqi, c 3, səh 409, İbn Kəsir – Əs-siratun-nəbəvi, c 4, səh 538

[2] Şeyx Səduq – Xisal, səh 372, Şeyx Müfid – Əl-ixtisas, səh 171

[3] Təbərsi – Ehticac, səh 74

[4] Şeyx Müfid - Əl-irşad, c 1, səh 189

[5] Əbus Səlah Hələbi – Təqribul-məarif, səh 256

[6] İbn Əbi Şəbih – Əl-müsnəf, səh 14, 568, Ayatullah Burucerdi – Cəmiul-əhadis, c 13, səh 267

[7] Əbus Səlah Hələbi – Təqribul-məarif, səh 256

[8] Əbu Cəfər ibn Şəhraşub – Mənaqibi ali Əbu Talib (ə), c 1, səh 297, Əllamə Məclisi – Biharul-ənvar, c 22, səh 524,

[9] Zəhəbi – Tarixul-islam, c 1, səh 528, İbn Kəsir – Əs-siratun-nəbəvi, c 4, səh 538, Əhməd ibni Hənbəl – Müsnəd, c 6, səh 62, 242, 274

Teqlər