Peyğəmbərin (s) meracı
Peyğəmbərin (s) meracı
Peyğəmbər (s) besətdən 5 il sonra bu gün merac səfərinə gedib.[2] «Subhanəlləzi əsra biəbdihi ləylən minəl-məscidil-hərami iləl-məscidil-əqsa»[3] ayəsi bu barədə nazil olub. Bu hadisənin ramazan ayının 21-də baş verdiyini də yazıblar.[4]
Meracın baş verməsinə inanmaq İslamın zəruri inamlarındandır.[5] Quranın ayələrindən və məşhur hədislərdən sübut olunmuşdur ki, Allah Təala Həzrət Rəsulu (s) bir gecə içində Məkkədən Məscidul-Əqsaya, oradan da səmalara: Sidrətul-müntəhaya və Ərşi-əlaya apardı, səmaların qəribə yaranışlarını, gizli sirlərini, sonsuz elmləri ona təlqin etdi. Peyğəmbər (s) ərşin altında Beytul-Məmurda Haqq Təalanın ibadəti ilə məşğul oldu, peyğəmbərlərlə görüşdü, behiştə daxil olub gəzdi, cəhənnəmdə əzabda olanların halını müşahidə etdi.
Məşhur hədislər sübut edir ki, o Həzrətin səmaya qalxması yuxuda deyil, oyaq halında və cismani olmuşdur.[6]
Meracın hansı gün baş verməsi barədə müxtəlif fikirlər var: hicrətdən 12 il qabaq mübarək ramazan ayının 17-də, hicrətdən qabaq rəbiul əvvəl ayının 17-də, hicrətdən qabaq rəcəb ayının 17-də, besətdən 5 il qabaq mübarək ramazan ayının 17-i, 27-i, ya 21-də.
Peyğəmbərin (s) meraca getməsi barədə də müxtəlif nəzərlər var: Xədicənin (ə) evindən, Əlinin (ə) bacısı Ümmi Haninin mənzilindən, Əbu Talibin (ə) şeybindən.[7]
İmam Sadiq (ə) buyurur: Allah Təala (s) Peyğəmbəri 124 dəfə səmaya apardı. Hər dəfədə Əmirəl-möminin (ə) və digər məsumların imamət və vilayəti barədə başqa vacibatlardan çox təkid və tövsiyə etdi.[8]
Mənbələr
[2] Molla Haşim Xorasani - Müntəxəbut-təvarix, səh 52, Məhəmməd Baqir Məlbubi - Əl-vəqayə vəl-həvadis, c 1, səh 194, Şeyx Bəhauddin Amuli - Tovzihul-məqasid, səh 11, Əli ibni Yusif ibni Mütəhhər Hilli - Əl-ədədul-qəviyyə, səh 234, Şeyx Kəfəmi - Əl-Misbah, c 2, Əllamə Məclisi - Biharul-ənvar, c 18, səh 380, c 97, səh 168
[3] İsra surəsi, 1-ci ayə
[4] Şeyx Bəhauddin Amuli - Tovzihul-məqasid, səh 24, Əli ibni Yusif ibni Mütəhhər Hilli - Əl-ədədul-qəviyyə, səh 234, Şeyx Kəfəmi - Əl-Misbah, c 2, Əllamə Məclisi - Biharul-ənvar, c 97 , səh 168, c 95, səh 196
[5] Əllamə Məclisi - Həqqul-yəqin, səh 30, Mühəddis Qumi - Müntəhal-amal, c 1, səh 51
[6] Əllamə Məclisi - Biharul-ənvar, c 18 , səh 289, Əllamə Məclisi - Həqqul-yəqin, səh 30
[7] Əllamə Məclisi - Biharul-ənvar, c 18 , səh 302, 319
[8] Əllamə Məclisi - Biharul-ənvar, c 18 , səh 302, 319, Əllamə Məclisi - Həqqul-yəqin, səh 30




