Osmanın qətli
Osmanın qətli
Osman hicrətin 34-cü ili bu gün müsəlmanlar tərəfindən evi mühasirə olunaraq 81 və ya 90 yaşında Misirdən olan bir kişinin əli ilə öldürüldü.[15] Öldürüldükdən sonra evindən Osmanı çıxarıb Mədinənin zibilliklərindən birinə atdılar. Mühacir və ənsarın qorxusundan heç kim onu dəfn etmirdi. Üç gündən sonra onu Mədinə yəhudilərinin qəbristanlığına aparıb dəfn etdilər. Müaviyənin xilafəti dövründə bu qəbristanlıqla Bəqi arasındakı evlər dağıdıldı və müsəlmanların qəbristanlığı ilə birləşdirildi.[16]
Osman Ömər ibn Xəttabdan sonra onun yerinə əyləşdi. Ömər öz vaxtında dəfələrlə demişdi ki, məndən sonra xilafət Osmanındır.[17] Amma zahirdə xilafəti şuraya tapşırmışdı və onu qabaqcadan elə qurmuşdu ki, xilafət Osmanın olsun.
Osman öz xilafəti dövründə böyük səhvlər etmişdi:
1. Gözəl və geniş bir ev tikdirmişdi. Bağlara, başqa ərazilərə və çoxlu çeşmələrə malik idi. O, öz xəzinəsində çoxlu mal-dövlət toplamışdı. Öldürülərkən xəzinədarının 150 min dinar və 1 milyon dirhəmi var idi. Bundan əlavə Hüneyn ətrafında 100 min dinar dəyərindəki yerdə malqara, qoyun və çoxlu dəvələr qalmışdı.[18]
2. Bir qrupa, o cümlədən Əbdürəhman ibn Ovf, Zübeyr ibn Əvama o qədər mal, bağ və yer vermişdi ki, onlar da daş evlər hazırlamışdılar.
Mənbələr
[15] Mühəddis Qumi - Feyzul-əlam, səh 125, Əllamə Məclisi - Biharul-ənvar, c 95, səh 189, Şeyx Müfid - Məsaruş-şiə, səh 21-22, Şeyx Kəfəmi - Əl-Misbah, c 2, səh 601, Şeyx Bəhauddin Amuli - Tovzihul-məqasid, səh 32, Suyuti - Tarixul-xuləfa, səh 162
[16] Mühəddis Qumi - Feyzul-əlam, səh 125, Şeyx Müfid - Məsaruş-şiə, səh 21-22,
[17] İbn Əsakir - Tarixu mədinətu Dəməşq, c 39, səh 188-189
[18] Məsudi - Mürəvvicuz-zəhəb, c 2, səh 341




