Vəfat Hicri-qəməri: 9 Rəbiül-əvvəl Miladi:

Ömər İbn Xəttabın ölümü

Ömər İbn Xəttabın ölümü

Hicrətin 23-cü ili rəbiul əvvəl ayının 9-cu gecəsinin sonunda Ömər ibn Xəttabın dünyadan köçdüyü gündür.[3] Əhli-sünnənin dediyinə əsasən o, zilhiccə ayının üçüncü günü dünyadan köçüb.

Bu gün Əhlibeytin (ə), Peyğəmbərlərin (ə), mələklərin, Əmirəl-möminin (ə) dostlarının və onların övladlarının sevincli günləridir. Bu gün Fatiməyi Zəhranın (ə) nifrinnin həyata keçdiyi gündür.[4]

Bu gün çox əzəmətli gündür. Şiə və onun böyükləri sevinərək bu günü bayram kimi qeyd edir. Həzrət Rəsul (s) bu günü bayram elan edərək, əmr etmişdir ki, insanlar da bu gün bayram etsinlər və onun əməllərini yerinə yetirsinlər.[5]

Kim bu gün sədəqə versə, Allah onu bağışlayar. Bu gündə müsəlman qardaşlara ehsan vermək, yeni paltar geyinmək, ətir paylamaq, Allah dərgahına şükr etmək və s. müstəhəbdir.[6]

Bu gün üçün adlar və fəzilətlər qeyd olunub, Onlardan: "Eydullahil-Əkbər", "İkinci Qədir'' "İkinci Fitr bayramı", "Şiənin fərəh günü”, "Əhlibeytin (ə) bayramı", "Münafiqin ölüm günü" "Əməllərin qəbul olan günü", "Məzlumun qalib gəldiyi gün", "Möminlərin dostluq günü", "Böyük günahlardan çəkinmə günü", "Şükr etmə günü", "Zəlalətin və azğınlığın məhv olma günü".

Ömərin ölüm əhvalatı.

Ömər ibn Xəttab Muğeyrə ibn Şöbənin qulamı Firuzun (Əbu Lölö) əli ilə bir neçə xəncər yarası aldı. Bu onun ölümünə səbəb oldu.[7] Məşhur rəvayətə əsasən[8] Əbu Lölö Öməri xəncərlə vurub qaçmaq istədikdə, bir neçə nəfər maneçilik törətdi. Onlardan 12 nəfəri yaraladı. Yaralılardan 6-sı öldü.[9] Əhvalat isə belə baş verib. Namazın təkbirindən qabaq Əbu Lölö qabağa gələrək Ömərin çiyninə və belinə xəncərlə zərbələr vurdu. Ömər yıxıldı. Onu evinə apardılar. Günəşin doğmasına az qalmış Əbdül Rəhman ibn Ovf camaatla ona meyit namazı qıldı.

Ömər ölüm yatağında.

Öməri evə gətirildikdən sonra, ona yemək üçün kişmiş verdilər. O, bütün qan içində idi. Belə qərara gəldilər ki, ona süd versinlər. Süd içdikdən sonra orada olanlar ona dayaq olmaq üçün dedilər: - heç bir eybi yoxdur, ziyan verməz!

Amma Əbu Lölönün zərbələri onu əvvəlki müttəfiqi olan Əbu Bəkrə qovuşdurdu. Üçüncü gün onu Əbu Bəkrin qəbrinin cənub tərəfində basdırdılar.[10]

Ömər 10 il 6 ay dörd gecə xəlifə olub. O, özünü “Əmirəl-möminin” adlandıran ilk şəxs oldu. Onu bu adla çağıran ilk şəxs isə Əbu Musa Əşəri idi.[11]

Xilafətin gələcəyi üçün Ömərin bidəti.

Ömər, İbn Abbasa dedi: -Bu xilafəti kimə tapşırım?

O, Əli İbn Əbu Talibi (ə) məsləhət gördü və dedi: -Onun şüçaəti, fəziləti, islamdakı fəallığı məlumdur.

Ömər dedi: - O, təbiətən zarafatçıldır.

İbn Abbas dedi: -Osman barədə nə deyirsən?

Ömər dedi: -Əgər o xəlifə olsa, Bəni Üməyyəni camaatın boynuna mindirəcək.

İbn Abbas dedi: -Təlhə barədə nə deyirsən?

Ömər dedi: -Təkəbbürlüdür. Hicab ayəsi nazil olanda Peyğəmbərə (s) dediyi sözlə əziyyət verdi. O, hicab ayəsi nazil olanda demişdi: «Öləndən sonra biz onun qadınlarını alarıq»

İbn Abbas dedi: -Zübeyr ibn Əvam barədə nə deyirsən?

Ömər dedi: -O, şüçaətli kişidir, amma çox paxıldır. Fəsad törədən və pislik istəyəndir. Bəzən insan, bəzən isə kafirdir.

Səd Vəqqas barədə isə dedi: -Təkəbbürlü və təəssübkeşdir, xilafət işinə yaramır.

İbn Abbas dedi: -Əbdül Rəhman barədə nəzərin nədir?

Ömər dedi: -O, zəif qəlbli biridir.[12]

Ömər ölüm vaxtı xilafəti şuraya tapşırdı və Əbu Təlhə Ənsarini çağırıb ona dedi: -Mənim ölümümdən sonra ənsardan əlli nəfəri qılınclanmış halda hazırlayın. Onlardan altısını Aişənin evinə gətirin. Əli ibn Əbu Talib (ə), Osman, Təlhə, Zübeyr, Səd ibn Əbi Vəqqas, Əbdül Rəhman ibn Ovf. Üç gün onlara möhlət verin. Ondan sonra dörd və ya beş nəfərinin fikri eyni olsa, bir və ya iki nəfər müxalifətcilik etsə, müxalifləri öldürün. Əgər üçünün nəzəri digər üç nəfərin nəzəri ilə əks olsa, Əbdül Rəhman hansı üçlüyün içindədirsə, onların fikrini qəbul edin, digər üç nəfərin isə boynunu vurun. Əgər üç gündən sonra bir qərara gəlməsələr, altısını da öldürün.

Ömərin ölümündən sonrakı şura.

Ömərin ölümündən sonra Aişənin evində şura təşkil olundu. Səfiyyənin oğlu Zübeyr ibn Avam öz haqqını dayısı oğlu Əmirəl-mömininə (ə) bağışladı! Təlhə ibn Übeydullah da öz haqqını Osmana bağışladı. Səd ibn Əbi Vəqqas da öz haqqını Əbdül Rəhman ibn Ovfa bağışladı.

Əbdül Rəhman məscidə gələrək əshabın içində Əmirəl-mömininə (ə) dedi: -Mən sizə beyət edirəm! Amma bir şərtlə ki, Allahın kitabına, Peyğəmbərin (s) sünnətinə və Əbu Bəkrin, Ömərin yoluna əməl edəcəksən!

Əmirəl-möminin (ə) buyurdu: -Allahın kitabına, Peyğəmbərin (s) sünnətinə, ictihada və öz rəyimə əsasən əməl edəcəyəm.

Əbdül Rəhman bu kəlmələri üç dəfə Osmana dedi və Osman qəbul etdi. Üçüncü dəfə Əbdül Rəhman Osmana beyət etdi.

Bəni Haşim, səhabələrin böyüklərindən olan Əmmar Yasir, Miqdad İbn Əsvəd və başqaları hamılıqla ona beyət etdilər.

Burada bir neçə sual yaranır:

Ömər cavanlıqında nə işlə məşqul olub və ticarət səfərlərində peşəsi nə olub?

Hüdeybiyyə müharibəsində və başqa yerlərdə kim Peyğəmbərə (s) etiraz etdi?

Kim Peyğəmbərə (s) sayıqlamaq nisbəti verdi?

Kim Əmirəl-mömininin (ə) evinin qapısın yandırıb dedi: “İstəyirəm Fatimə (ə) içəridə olsa belə, evi əhli ilə bir yerdə yandırım”?

Kim Möhsin ibn Əlini (ə) öldürdü?

Kim Qunfuza göstəriş verdi ki, Peyğəmbərin (s) qızına qamcı vursun?

Kim Əbu Bəkri Fədəki almağa rəğbətləndirdi və Əmirəl-möminin (ə), Ümmi Əymənin və Həsəneynin (ə) şəhadətini qəbul etmədi?

Kim Fədəkin qəbzini Həzrət Fatimənin (ə) əlindən alaraq cırdı və cəsarət edib mübarək üzünə şillə vurdu?

Namazda qolları bağlamaq göstərişi verən kim oldu?

Xilafəti şuraya tapşıran ilk şəxs kim idi?

Əbu Bəkrlə birlikdə "Zəvil-qurba"nın payını verməyən ilk şəxs kim idi?

Qədir Xumda Əli ibn Əbu Talibə (ə) beyət edib "Bəxxin, bəxxin, yəbnə Əbi Talib (ə), sən mənim və bütün mömin kişi və qadınların ağası oldun" deyən ilk şəxs kim idi?

Nəsaraların kuzəsindən dəstəmaz alıb onları pak bilən ilk şəxs kim idi?

Qulun şəhadətini etibarsız sayan ilk şəxs kim olub?

Həcc və nisa mütəsini haram bilən ilk şəxs kim olub?

Ramazan ayının nafilələrini (təravih) camaatla qılınmasının göstərişini ilk dəfə kim verib?

"Əcəmlər bir-birindən irs aparmırlar" kəlməsini ilk dəfə kim deyib?

Xəlifənin (Ömərin) kuzəsindən içən şəxs niyə məst olmuşdu?!

Kimin ölümündən sonra malının səkkizdə birini dörd arvadı arasında böldülər və hər birinə 83.000 dinar çatdı?

"Bütün insanlar məndən savadlıdır, hətta qoca qadınlarda" sözünü kim demişdi?

Kimdən sual olunduqda cavab verə bilməyərək: "Alış-verişlə məşğul olmaq məni məsələ öyrənməkdən saxladı", -deyirdi?

Tarix kitablarında müxtəlif yerlərlə qeyd olunur ki, Ömər İbn Xəttab Əbu Bəkrin vəsiyyətinə əsasən müsəlmanların xəlifəsi seçildi.

Burada bir necə sual meydana çıxır:

1. Əbu Bəkrin vəsiyyəti qəbul olunur, amma məxluqatın ən şərafətlisi olan Peyğəmbərlərin sonuncusu Həzrət Məhəmmədin (s) Qədir Xumdakı vəsiyyəti qəbul olunmur?

2. Məgər Peyğəmbər (s) dünyadan köçəndə buyurmadı ki, "kağız-qələm gətirin, mən deyim, siz yazın və məndən sonra ixtilaf etməyin"?

Niyə görə O Həzrətə (s) sayıqlamaq nisbəti verib kağız-qələm gətirmədilər? Bir halda ki, Allah Qurani-Kərimdə buyurur: «O, Həzrət (s) nə buyurursa, vəhydir. Özündən heç bir şey demir.» [13]

Əbu Bəkr üçün neçə qələm-kağız gətirdilər və heç kim buna etiraz etmədi? Maraqlısı budur ki, o gah huşsuz olurdu, gah ayılırdı. "Bismillah"dan sonra Osman özündən: "Əbubəkr dən sonra xəlifə Ömərdir", -yazdı, Əbubəkr də buna etiraz etmədi?

Mənbələr

[3] Seyyid Haşim Hüseyni Bəhrani – Mədinətul-məaciz, c 2, səh 97

[4] Əllamə Məclisi - Zadul-məad, səh 334, Zəbihullah Məhəllati (və ya Xiyabani) - Vəqayiul-əyyam, Rəbiul əvvəl və Rəbius-sani cildi, səh 59, Əllamə Əli Nəmazi Şəhrudi – Mustədrəku səfinətil-bihar, c 4, səh 67

[5] Mühəddis Qumi - Feyzul-əlam, səh 211

[6] Şeyx Kəfəmi – Əl-Misbah, c 2, Əllamə Məclisi – Biharul-ənvar, c 95, səh 189, Əllamə Məclisi - Zadul-məad, səh 334-344, Əllamə Məclisi – Biharul-ənvar, c 95, səh 351-356 (Seyid ibn Tavusun Zəvaidul-fəvaidindən)

[7] Şeyx Müfid – Məsaruş-şiə, səh 23, Şeyx Bəhauddin Amuli – Tovzihul-məqasid, səh 33, Əli ibn Yusif ibni Mütəhhər Hilli - Əl-ədədul-qəviyyə, səh 328, Mühəddis Qumi - Feyzul-əlam, səh 129, Əllamə Məclisi – Biharul-ənvar, c 95, səh 199

[8] Əllamə Məclisi - Zadul-məad, səh 34

[9] Əllamə Məclisi – Biharul-ənvar, c 95, səh 200

[10] Suyuti – Tarixul Xuləfa, səh 133-134

[11] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 11

[12] Molla Haşim Xorasani – Müntəxəbut-təvarix, səh 152,153, Mühəddis Qumi - Feyzul-əlam, səh 143

[13] Nəcm surəsi, 3-4-cü ayələr

Teqlər