Muxtarın şəhadəti
Muxtarın şəhadəti
Hicrətin 67-ci ili bu gün Muxtar ibn Əbu Übeydə Səqəfi şəhadətə çatıb. Onun qəbri Kufə məscidinin sonunda həzrət Müslimin (ə) qəbri yanındadır.[1] Müsəb Muxtarın şəhadətindən sonra göstəriş verdi ki, onun həyat yoldaşını həbs etsinlər. O, Nöman ibn Bəşir Ənsarinin Ümrə adlı qızı idi. Müsəb dedi: «Öz ərinə qarşı çıx».
O, dedi: «Gündüzləri oruc tutub, gecələri namaz qılan, qanını Allah və Peyğəmbər (s) üçün fəda edib Peyğəmbər (s) balasının qanını alan şəxsə qarşı neçə çıxım?»
Müsəb qılıncını qınından çıxarıb dedi: «Onda səni ərinin yanına göndərəcəyəm».
Muxtarın həyat yoldaşı dedi: «Bu, ölümdən sonra behiştdir və Allaha and olsun ki, Əli ibn Əbu Talibə (ə) məhəbbətdən başqa özüm üçün üstün bir şey seçməmişəm».
Havanın istisində Hiyrə və Kufənin arasındakı səhrada onun əllərini bağlayıb başını bədənindən ayırdılar. Bu qadın Əlinin (ə) məhəbbətinə görə işgəncə ilə öldürülən ilk qadındır.[2]
Mənbələr
[1] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 91-92, Məhəmməd Baqir Məlbubi - Əl-vəqayə vəl-həvadis, c 1, səh 175, Mühəddis Qumi - Feyzul-əlam, səh 133, Əllamə Məclisi - Biharul-ənvar, c 45, səh 386, Əllamə Əli Nəmazi Şəhrudi - Mustədrəku səfinətil-bihar, c 5, səh 215
[2] Əli Muxtar Səqəfi, səh 40




