Mütəvəkkilin qətli
Mütəvəkkilin qətli
Hicrətin 247-ci ilində Mütəvəkkil Abbasi övladının göstərişinə əsasən qətlə yetirildi. O, 41 il ömür sürüb və xilafətlik dövrü 14 il 10 ay çəkib.[1]
Mütəvəkkil hicrətin 232-ci ilində Vasiqdən sonra xilafəti ələ aldı. Onun zamanında eyş və şadlıq məclisləri çox idi.
Həzrət Əli (ə) onun barəsində buyurmuşdu: «O, Ali Abbasın ən kafir şəxsidir».
Mütəvəkkil Ömər ibn Fərəci Mədinə və Məkkənin valisi seçdi. O, camaata göstəriş vermişdi ki, Əbu Talib ailəsinə yaxşılıq etməsinlər. Hər kim onlara yaxşılıq etsə, pis rəftarla qarşılaşacaq.
Ələvilərin vəziyyəti o qədər çətinləşdirilmişdir ki, Ələvi qadınların paltarı köhnəlib cırılırdı. Onlar namaz qılmaq üçün paltarı növbə ilə geyinirdilər.
Mütəvəkkilin pis əməllərindən biri də həmişə və hər yerdə Həzrət Əlini (ə) pis yad etməsi idi. O, 17 dəfə şəhidlər ağasının (ə) qəbrini dağıtmışdı. Amma yenidən qəbir bərpa edilirdi. Mütəvəkkil həm də Həzrətin (ə) ziyarətinə gedən zəvvarları yolda öldürürdü.
Mütəvəkkilin Həzrət Əliyə (ə) etdiyi nalayiq hərəkətlərə görə oğlu Müntəsir şəvval ayının 3-də və ya 4-də atasının qulamlarından bir neçəsini onu öldürmək üçün seçdi. Mütəvəkkil şərab içən vaxt qanını axıdıb cəhənnəmə vasil etdilər.
Mütəvəkkil oğlu Müntəsirin vasitəsilə öldürüldükdən sonra insanlar sarayda ona beyət etdilər.
Müntəsir zahirdə Peyğəmbərin (s) Əhlibeytinə qarşı mehriban idi. Atasının əksinə olaraq onlara yaxşılıq edər, heç vaxt onlara etiraz etməzdi.
İmam Hüseyni (ə) ziyarət etməyi azad edib heç bir şəxsə maneçilik törətmirdi. Göstəriş verirdi ki, Fədəki İmam Həsənin (ə) və İmam Hüseynin (ə) övladlarına qaytarsınlar. Əlinin (ə) şiələrinə təzyiqin olunmaması əmrini də Müntəsir vermişdi. Həmçinin Mədinə ələviləri üçün mal göndərdi ki, aralarında bölsünlər.
Hicrətin 248-ci ili rəbiul əvvəl ayının 25-də Müntəsir xəstələndi və rəbius sani ayının 5-də əsr vaxtı öldü. Deyilənə görə onu zəhərləmişdilər.[2]
Mənbələr
[1] Şeyx Bəhauddin Amuli - Tovzihul-məqasid, səh 26, Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 322, Əllamə Məclisi - Biharul-ənvar, c 50, səh 210, Mühəddis Qumi - Feyzul-əlam, səh 65, Zəbihullah Məhəllati - Tarixi Samirra, c 3, səh 324, Xətib Bağdadi - Tarixi Bağdad, c 2, səh 119, İbn Kəsir - Əl-bidayə vən-nihayə, c 10, səh 385
[2] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 330, 332, Mühəddis Qumi - Feyzul-əlam, səh 65, 66, 227, Suyuti - Tarixul Xuləfa, səh 357




