Digər Hicri-qəməri: 6 Cəmadiyəl-əvvəl Miladi:

Mutə müharibəsi

Mutə müharibəsi

Hicrətin 7-ci ilinin bu günündə Mutə müharibəsi baş verib. Bu döyüşdə müsəlmanların sayı üç min nəfər, kafirlər isə 100 min nəfər idi. Müharibənin başlama səbəbi isə ondan ibarət idi ki, Peyğəmbər (s) Haris ibn Əmir Əzdiyə məktub verərək Ruma göndərmişdi. Rum ordusunun sərkərdəsi Şərhəbil ibn Ömərin göstərişi ilə onu Mutə adlanan yerdə tutub əllərini bağlayıb boynunu vurdular. Peyğəmbər (s) bu xəbəri eşitdikdə çox narahat oldu və ordunu Mutəyə tərəf yola saldı.

Peyğəmbər (s) və Həzrət Əli (ə) döyüşdə iştirak etmirdilər. O Həzrət (s) orduya ardıcıl olaraq 3 əmir seçib buyurdu: -Kim şəhid olsa, digəri orduya başcılıq etsin. Əmirlər bunlar idi: Cəfər ibn Əbi Talib, Zeyd ibn Haris, Əbdullah ibn Rəvahə.

Üç başçının şəhadəti.

Onların hər üçü şəhid oldular. İlk olaraq Cənab Cəfər meydana çıxaraq qəhrəmancasına döyüşdü. Onun iki əlini kəsdilər. Bu qədər yaralanmasına baxmayaraq onun meydandakı şüçaəti və heybəti çox olduğundan heç kim cürət edib başını kəsə bilmirdi. Elə bunun üçün də düşmənlər dəfələrlə hücum edib o Həzrətin bədənini nizə ilə yerdən qaldırdılar. Bu anda Peyğəmbər (s) Mədinədə mənbərdə idi. Əhvalatı camaat üçün bəyan edirdi. Birdən mübarək üzünü səmaya tərəf qaldırıb Cəfər barəsində dua etdi: -Allah ona iki qanad verib ki, cənnətdə mələklərlə uçsun.

Peyğəmbərin (s) təyin etdiyi üç əmr şəhadətə çatdıqdan sonra onları bir qəbirdə dəfn etdilər Cəfərin şəhadətinə görə Peyğəmbər (s) çox ağlayıb göstəriş verdi ki, üç gün onun evinə yemək aparsınlar.

Cəfərin həyatı.

Əbu Talibin (ə) göstərişi ilə Həzrət Əlidən (ə) sonra Peyğəmbərin (s) arxasında namaz qılan ilk şəxs cənab Cəfər olub. O, qardaşı Həzrət Əlidən (ə) 10 yaş böyük idi.

Həbəşədə Əmr As və başqaları Nəcaşini razı salıb Cəfər və onunla olanları təhvil almaq istədikdə, o, ilahi kitabdan ayələr oxudu. Nəcaşi və ətrafındakılar ağladılar. Əmr As bir neçə dəfə Cəfər və müsəlmanları Nəcaşinin yanında pis qələmə vermək istədi. Amma nəticə əksinə oldu. Onların ehtiramı Nəcaşinin yanında çoxaldı, xüsusən də Həzrət İsaya (ə) aid olan ayələr oxunduqda.

Nəhayət Əmr As yeməyi zəhərləyib Cəfər üçün göndərdi ki, onu şəhid etsin. Amma bir pişik gəlib o yeməkdən bir az yeyərək qalanını dağıtdı. Pişik öldükdə Əmr Asın hiyləsinin üstü açıldı.

Xeybər fəth olunan gün Cəfər həyat yoldaşı və digər müsəlmanlarla birlikdə Mədinəyə gəldilər.

Peyğəmbər (s) onların gəlişinə sevinib buyurdu: - Bilmirəm hansına daha çox sevinim, Xeybərin fəth olunmasına, ya Cəfərin gəlməsinə?![1]

Mənbələr

[1] Molla Haşim Xorasani – Müntəxəbut-təvarix, səh 57, 58, Müctəhid Bircəndi – Vəqayiuş-şuhur, səh 94

Teqlər