Şəhadət Hicri-qəməri: 9 Zilhiccə Miladi:

Müslim ibn Əqilin şəhadəti

Müslim ibn Əqilin şəhadəti

Hicrətin 60-cı ili ərəfə günü Müslim ibn Əqil və Hani ibn Ürvə Kufədə şəhid oldular.[2]

Həzrət Müslim (ə) ailəsi.

Müslimin atası Əqil, anası isə Əliyyədir. Həyat yoldaşı Əlinin (ə) qızı Həzrət Rüqəyyadır.[3] Peyğəmbər (s) buyurur: «Möminlərin gözü onun üçün ağlardır, Allahın mələkləri ona salam göndərirlər.»

İmam Hüseyn (ə) onu Kufəyə göndərəndə məktubun bir qismində Kufəlilərə belə buyururdu: -Qardaşım, əmim oğlu və etimadlı bir şəxsi əhlibeytimdən sizin yanınıza göndərirəm. İmam Hüseyn (ə) Müslim və Haninin şəhadət xəbərini eşitdikdə bir neçə dəfə: «İnna lillahi və inna iləyhi raciun» deyib buyurdu: - Onlardan sonra həyatda bir xeyir yoxdur.

Müslimin şəhadəti və dəfn edilməsi.

O, qürbət bir yerdə ikən evlərin damından onun başına od tökürdülər. Həmçinin İbn Ziyad onu görən kimi Əliyə (ə), İmam Hüseynə (ə) və Əqilə nalayiq sözlər deyirdi. Darul-əmarənin yuxarı hissəsində susuz halda Müslimin başını kəsdilər və bədənini Qəsrin yuxarısından aşağı atdılar. Sonra ayağından bağlayıb Kufənin bazarında gəzdirdilər. Daha sonra onu dara çəkdilər, başını isə Dəməşqə göndərdilər. Onun bədəninin dəfni barədə iki nəzər vardır. Biri budur ki, Haninin qəbiləsindən bir dəstə gəlib Müslim və Haninin bədənlərini dəfn etdilər.[4] İkinci nəzər budur ki, gecə yarısı Meysəm Təmmarın həyat yoldaşı Hani ibn Ürvənin həyat yoldaşı və bir neçə nəfərlə birlikdə onların bədənlərini Kufə məscidinin kənarında dəfn etdilər.[5]

Mənbələr

[2] Mühəddis Qumi - Feyzul-əlam, səh 115, Şeyx Müfid - Məsaruş-şiə, səh 18, Əllamə Məclisi - Biharul-ənvar, c 44, səh 363, Təbərsi - Elamul-vəra, c 1, səh 445, Şeyx Müfid - Əl-irşad, c 2, səh 66, Şeyx Kəfəmi - Əl-Misbah, c 2, 600

[3] Məhəmməd Hirzuddin - Məraqdul-məarif, c 2, səh 307, Molla Haşim Xorasani - Müntəxəbut-təvarix, səh 292-293, Məsudi - Mürəvvicuz-zəhəb, c 3, səh 69-70, Zəbihullah Məhəllati - Fərsanul-həyca, c 1, səh 62

[4] Məhəmməd Hirzuddin - Məraqdul-məarif, c 2, səh 318, Zəbihullah Məhəllati - Fərsanul-həyca, c 1, səh 106

[5] Musəvi Zəncani - Vəsilətud-dareyn, səh 209

Teqlər