Vəfat Hicri-qəməri: 22 Rəbiüs-sani Miladi:

Musa Mubərrəqin vəfatı

Musa Mubərrəqin vəfatı

Hicrətin 296-cı ilində Həzrət Cavadın (ə) oğlu Cənab Musa Mubərrəq Qum şəhərində vəfat etdi.[1] Başqa bir rəvayətdə o cənabın rəbius-sani ayinın 8-də vəfat etdiyi bildirilir.[2]

Digər bir rəvayət isə onun vəfatını rəbius-sani ayının 14-də olduğunu bildirir. Onun qəbri Qum şəhərinin Azər xiyabanında yerləşir.[3]

Adı - Musa, künyəsi - Əbu Cəfər, ləqəbi Mubərrəqdir. Atası İmam Cavad (ə), anası isə kəniz idi.

O, Rəzəvi seyidlərindən ilk şəxsdir ki, hicrətin 256-cı ilində Quma daxil olub. Qumda yaşayan ərəblər onu Qumdan çıxardılar. O, Kaşana getdi və orada ehtiramla qarşılandı.

Əbussədim Hüseyn ibn Əli ibn Adəm və Qumun rəislərindən olan digər bir kişi gəldikdən sonra Qumun ərəbləri Musanın kim olduğunu anladılar. Onu Quma qaytararaq yaşaması üçün ev hazırladılar. Həmçinin müxtəlif kəndlərdə onun üçün yer və bağ aldılar. Bacıları Zeynəb, Ümmi Məhəmməd və Məymunə də (İmam Cavadın (ə) qızları) Quma onun yanına gəldilər.

Cənab Musa Mübərrəq Qumda dünyadan köçdükdə Qumun əmiri Abbas ibn Əmr Ğənəvi ona namaz qıldı. Qumda, indiki məkanda dəfn edildi. Ora əvvəl Şənbulə ləqəbli Məhəmməd ibn Həsən ibn Əbi Xalid Əşərinin evi olub. Şeyx Küleyni «Kafi»də mötəbər sənədlə nəql edir ki, cənab Musa Mübərrəq vəqfləri toplamaq ixtiyarını İmam Cavaddan (ə) almışdı.[4]

Mənbələr

[1] Əllamə Məclisi - Biharul-ənvar, c 50, səh 161, 162, Zəbihullah Məhəllati - Tarixi Samirra, c 3, səh 302

[2] Əllamə Əli Nəmazi Şəhrudi - Mustədrəku səfinətil-bihar, c 5, səh 230

[3] Zəbihullah Məhəllati - Qəlaidun- nehvər, Rəbis-sani cildi, səh 226, Məhəmməd Baqir Məclisi - Miratul-uqul, c 6, səh 128

[4] Şeyx Kuleyni - Əl-Kafi, c 1, səh 261

Teqlər