Vəfat Hicri-qəməri: 30 Şəban Miladi:

Müğeyrə ibn Şöbənin ölümü

Müğeyrə ibn Şöbənin ölümü

Hicrətin 50-ci ili şaban ayında[8] Müaviyə tərəfindən Kufənin hakimi olan Müğeyrə 70 yaşında cəhənnəmə vasil oldu.[9] Ziyad ibn Əbih onun yerinə seçildi. Müğeyrə ibn Şöbə Kufədə Həzrət Əliyə (ə) nalayiq sözlər deyir, xətiblərə də əmr edirdi ki, ona lənət desinlər. Ölənə kim o, bu əməlindən əl çəkmədi.[10] Müğeyrə Əqəbə gecəsinin, səhifənin lənətlənmiş səhabələrindən idi. Onlar Peyğəmbəri (s) öldürmək istəyirdilər. Həmçinin, Səqifə səhabələrinin içində də olub.[11]

O, Əlinin (ə) evinin yandırılmasında, qapısının sındırılmasında, Xanım Zəhraya vurulan qamcılarda, Möhsinin siqt olmasında şərikdir.[12]

Müğeyrənin Ümmi Cəmil ilə zina etməsi Bəsrədə xüsusi şöhrət qazanmışdı. Bu hadisə şiə və sünni kitablarında müxtəlif sənədlərlə qeyd olunub.

İbn Əbil Hədid deyir: Müğeyrə cahiliyyətdə də, İslam gələndən sonra da ən çox zina edən idi.[13] Müğeyrə Əmr As və Ürvə ibn Zübeyrlə Həzrət Əlini (ə) lənətləyən, pisləyən, yalançı rəvayətlər düzəldən bir şəxs idi. Bu işin müqabilində Müaviyə onlar üçün fövqəladə hədiyyələr hazırlamışdı.[14]

O, İmam Həsənin (ə) qarşısında atası Həzrət Əliyə (ə) zülm etdi.[15] Amma İmam Həsən ona cavab olaraq dedi: «Sən anamın və qardaşım Möhsinin (ə) şəhadətində şərik olan bir kəssən».

Mənbələr

[8] Kəşful-haviyə, səh 288

[9] Molla Haşim Xorasani - Müntəxəbut-təvarix, səh 302

[10] Kəşful-haviyə, səh 288, İbn Əbil Hədid - Şəhri Nəhcül Bəlağə, c 2, səh 102

[11] Kəşful-haviyə, səh 289

[12] Mühəddis Qumi - Beytul-əhzan, səh 144

[13] Kəşful-haviyə, səh 286

[14] İbn Əbil Hədid - Şəhri Nəhcül Bəlağə, c 1, səh 358

[15] Kəşful-haviyə, səh 288, İbn Əbil Hədid - Şəhri Nəhcül Bəlağə, c 2, səh 102

Teqlər