Vəfat Hicri-qəməri: 12 Rəcəb Miladi:

Müaviyənin ölümü

Müaviyənin ölümü

Hicrətin 60-cı ili bu gün Müaviyə ibn Əbu Süfyan 78 yaşında Şam şəhərində cəhənnəmə vasil oldu. Bu gün iman əhlinin sevinc, küfr əhlinin isə hüznlü günüdür. Müaviyənin ölümünə görə ilahi şükrü yerinə yetirmək üçün bu gün oruc tutmaq müstəhəbbdir.[1]

Müaviyənin nəsəbi.

Əhli-sünnənin etimad etdiyi alimlərdən Kəlbi Nəssabə və İbn Ruzbəhanın nəql etdiyinə əsasən Müaviyə 4 nəfərin oğludur: Əmmarə, Müsafir, Əbu Süfyan və başqa biri.

Rağib İsfəhani "Mühazirat" kitabında və İbn Əbil Hədid Ziməxşərinin "Rəbiül-əbrar" kitabında Müaviyənin 4 kişiyə nisbət verilməsi nəql olunur: Müsafir ibn Əbi Əmir, Əmmarə ibn Vəlid ibn Müğəyrə, Əbbas və Səbah.

Müaviyənin anası Hindin Əbu Süfyanın işçisi olan cavan və xoş simalı Səbahla sıx əlaqəsi var idi. Lakin zahirdə Müaviyəni Əbu Süfyan ibn Hərbə nisbəti verirlər.[2]

Əbu Süfyan balaca boylu bir şəxs idi. Bir gözü Taifdə, digər bir gözü isə Yərmukda kor olmuşdu.[3] O, Peyğəmbərlə (s) düşmənçilik edirdi. Həzrətin əleyhinə baş verən müharibələrdə Əbu Süfyanın da rolu olurdu.

Məkkə fəth olunan il qorxudan islamı qəbul etdi və ömrünün axırına kimi münafiq olaraq qaldı. Hicrətin 30-cu ilində cəhənnəmə vasil oldu.

Gizli deyil ki, Həmamə Müaviyənin nənələrindən biri idi. O, Əl-məzac bazarında pis adla məşhurlaşmışdı. Elə buradan Əbu Süfyanın nəsəbi məlum olur. Müaviyənin anası Hind qara dərili qullara çox meyl göstərirdi. Müaviyənin atası barədə danışdıqda anası Hindinin vəziyyəti anlaşılır.

Mühəddis Qumi nəql edir: Peyğəmbər (s) Məkkənin fəthində Müaviyənin qanını tökməyi mübah bilmişdi. Abbasın israr və şəfqəti ilə Peyğəmbərin (s) şəhadətindən 5 ay qabaq islamı qəbul etdi.[4]

Müaviyənin Şamdakı hökuməti.

Əbubəkrin göstərişi ilə Yezid ibn Əbu Süfyan Müaviyə və islam ordusu ilə birlikdə Şama tərəf hərəkət etdi. Yezid öldükdən sonra Əbubəkr Şam vilayətini Müaviyəyə tapşırdı. O, Həzrət Əlinin (ə) xilafətinə qədər bu vəzifədə qaldı. Beləliklə Müaviyənini zülmlərinin əsasını Əbubəkr qoydu.

Hicrətin 45-ci ilində Müaviyə oğlu Yezid üçün beyət aldı. O, ilk şəxs idi ki, cümə namazının sonunda İmam Əliyə (ə) lənət oxumağı əmr etdi. Bu, Ömər ibn Əbdül Əzizin vaxtına qədər davam etdi. Ömər ibn Əbdül Əziz Həzrət Əliyə (ə) lənət oxumağın qarşısını aldı.[5]

Müaviyənin İmam Əli (ə) ilə düşmənçiliyi.

Müaviyə səhabələrə göstəriş verdi ki, Əlini (ə) məzəmmət edəcək hədislər uydursunlar. O, Həzrətin ardıcıllarını və onu sevənləri şəhid etdi. Məsələn, Malik Əştər Nəxəi Misirdə zəhərlənərək şəhid edildi.[6] İmam Həsəni (ə) həyat yoldaşı Cüdə vasitəsi ilə zəhərlədi.

Müaviyə çox yeyən və xoş həyat sürən biri idi. Çox yediyinə görə deyərdi: «Yedim, yoruldum, amma doymadım».

O, nifaq salmaqda və hiyləgərlikdə çox təcrübəli idi.

Mühəddis Qumi nəql edir: «Sünnilərin etimad olunan şəxslərindən iki yüzdən artıq alim Müaviyənin məzəmməti barədə hədis nəql edib».

Müaviyənin ölüm əhvalatı.

Müaviyə Məkkədən Şama qayıdarkən yolda xəstələndi. Şama çatdıqdan sonra cəhənnəmə vasil oldu. Onun 75, 82 və ya 92 yaşında öldüyünü nəql ediblər.

Onun cinayətləri olduqca çoxdur. Müaviyə ölüm vaxtı özünün xüsusi şəxslərindən birinə dedi: -Mən bir neçə böyük günah etmişəm. Əli ibn Əbu Talibin (ə) haqqını qəsb etdim, Cüdəni aldatmaqla İmam Həsəni (ə) şəhadətə çatdırdım, Yezidi öz canişinim seçdim, Hücr ibn Ədini və onun səhabələrini öldürdüm.[7]

Müaviyənin ölümü ilə əlaqədar müxtəlif nəzərlər var[8]: rəcəb ayının 4-ü,[9] 22-i,[10] həmçinin 12-i, 14-ü və 15-ni də nəql ediblər. Bu üç nəzər bir-birinə çox yaxındır.[11]

Mənbələr

[1] Mühəddis Qumi - Feyzul-əlam, səh 316, Şeyx Müfid – Məsaruş-şiə, səh 34

[2] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 47-52

[3] İbn Əsir – Əsədul-ğabə fi mərifətis-səhabə, c 3, səh 13

[4] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 47

[5] Əllamə Məclisi – Biharul-ənvar, c 33, səh 214

[6] Məhəmməd Hirzuddin - Məraqidul-məarif, c 2, səh 223

[7] Molla Haşim Xorasani – Müntəxəbut-təvarix, səh 449, Zəbihullah Məhəllati (və ya Xiyabani) - Vəqayiul-əyyam, Rəcəb cildi, səh 173

[8] Seyyid Əli Xan – Əd-dərəcatul-rəfiə, səh 423, Suyuti – Tarixul Xuləfa, səh 198

[9] Xətib Bağdadi – Tarixi Bağdad, c 1, səh 200

[10] Əllamə Məclisi - Zadul-məad, səh 35, Feyz Kaşani – Təqvimul möhsinin, səh 18, Mühəddis Qumi - Feyzul-əlam, səh 316

[11] Əllamə Məclisi - Zadul-məad, səh 35, Mühəddis Qumi - Feyzul-əlam, səh 316, Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 47, 48, 50, 51, 52, Molla Haşim Xorasani – Müntəxəbut-təvarix, səh 448, 449, Zəbihullah Məhəllati (və ya Xiyabani) - Vəqayiul-əyyam, Rəcəb cildi, səh 174

Teqlər