Digər Hicri-qəməri: 25 Rəbiüs-sani Miladi:

Muaviyə ibn Yezidin xilafətdən imtina etməsi

Muaviyə ibn Yezidin xilafətdən imtina etməsi

Hicrətin 64-cü ilində rəbiul əvvəl ayının 14- də Yezid İbn Müaviyə cəhənnəmə daxil olduqdan sonra oğlu Müaviyə onun yerinə keçdi. O, qırx gündən sonra rəbius-sani ayının 25-də mənbərə çıxaraq xütbə oxudu və öz atalarının əməllərini yad etdi. Atasına və babasına lənət oxuyub əməllərini pisləyərək ağlamağa başladı və xilafətdən imtina etdi. Mərvan ibn Həkəm mənbərin aşağısından qalxaraq dedi: «İndi ki, xilafəti istəmirsən, o zaman onu bir tərəfə at».

Müaviyə ibn Yezid dedi: «Mən xilafətin şirinliyini dadmamış necə razı ola bilərəm ki, onun acısını dadım?» Sonra o, öz evinə çəkilib gününü ağlamaqla keçirdi.

Bu hadisədən 25 və ya 40 gün sonra dünyadan köçdü. Bir rəvayətə əsasən onu zəhərləyiblər. Ondan sonra Əbu Süfyan övladlarının xilafəti bitdi. Mərvan və onun ailəsi xilafəti ələ aldı.[1]

Mənbələr

[1] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 72, Zəbihullah Məhəllati - Qəlaidun- nehvər, Rəbis-sani cildi, səh 262, Şeyx Bəhauddin Amuli - Tovzihul-məqasid, səh 12, 13, Mühəddis Qumi - Feyzul-əlam, səh 225

Teqlər